Azərbaycanlı idmançı xəstəxanaya yerləşdirildi
Bodibildinq üzrə dəfələrlə Azərbaycan çempionu olmuş idmançı Şükran Soltanov əzələsində yırtılma səbəbi ilə əməliyyat olunub.
Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib.
Şükran Soltanovun sözlərinə görə, hazırda səhhəti yaxşıdır:
"Əslində zədəm Avropa çempionatı zamanı yaranmışdı. Buna baxmayaraq, çempion olmuşdum. Daha sonra yaranı müalicə etsəm də, xeyri olmamışdı. Buna görə də beş saat çəkən əməliyyata girməli oldum. Hazırda özümü yaxşı hiss edirəm, lakin həkimlər minimum yeddi həftə məşq edə bilməyəcəyimi deyirlər. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə buraxılacağam".
Qeyd edək ki, Şükran Soltanov İspaniyanın Barselona şəhərində keçirilmiş bodibildinq üzrə Avropa çempionatının qızıl medalına sahib çıxıb. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var