Azərbaycanlı QHT rəhbəri tələbə qızı şantaj etdi, həbs olundu

Azərbaycanlı QHT rəhbəri tələbə qızı şantaj etdi, həbs olunduTürkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli barəsində Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Sumqayıt sakini, 2001-ci il təvəllüdlü S.Əkbərova (şərti) bildirib ki, Əlixan Məhərrəmli onu şantaj edərək 20 min dollar verməsini tələb edib.
Kayseridəki universitetlərdən birində təhsil alan 22 yaşlı tələbə qeyd edib ki, Ə.Məhərrəmli onu Türkiyədə yaşayan Berat (şərti) adlı şəxslə əlaqələri ilə bağlı şantaj edir. İddia edilir ki, Berat qanunazid fəaliyyəti ilə tanınır. Belə ki, ərizəyə əsasən, QHT rəhbəri gənc xanıma cinayət aləminin üzvü ilə münasibətlərinin olmasını universitet rəhbərliyinə bildirəcəyini deyib, hədə-qorxu gəlməklə ondan pul tələb edib. 
Şikayətçi hədə-qorxunun Bakıda da davam etdirildiyini əlavə edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Əlixan Məhərrəmli Bakıda saxlanılıb: 
"Vətəndaş tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Əlixan Məhərrəmli müəyyən olunaraq saxlanılıb və barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yasamal RPİ-də istintaq araşdırmaları davam etdirilir".
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 1997-ci il təvəllüdlü Əlixan Məhərrəmli 2018-ci ildən Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin sədri və 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədridir. / azxeber.com

Sosial       Tarix: 02 may 2023
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xeber axsam.az xeberler cəbhədən son görüntülər son xəbərlər bugün 2026