Azərbaycanlı xilasedicilər dağıntılar altından qızıl və pul tapdı
Kahramanmaraşın Pazarcık bölgəsində 7,7, Elbistanda isə 7,6 ballıq dağıntılara səbəb olan zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir.
KONKRET.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, zəlzələdən dərhal sonra axtarış-xilasetmə işlərinə qatılan Azərbaycan qrupları dağılan binanın qalıntıları üzərində işə başlayıb. Azərbaycanlı qruplar dağıntılar altından içərisində 1500 dollar olan qızıl-zinət əşyaları, qızıl boyunbağı, pul əskinasları tapıb və onları hesabat qarşılığında təhlükəsizlik qüvvələrinə təhvil veriblər.
Zərgərlik məmulatlarını dağıntılar altından çıxararaq təhlükəsizlik qüvvələrinə təhvil verən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Axtarış-xilasetmə dəstəsinin rəisi Anar Xaspulatov bu barədə İhlas Xəbər Agentliyinə açıqlama verib. Xaspulatov açıqlamasında "Sonra çanta tapdım. Çantanın aid olduğu ailənin sənədləri də içində idi. Çantanı, 1500 dollar pulu və qızılı raportla təhlükəsizlik qüvvələrinə təhvil verdim" – deyib.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır