"AZERCELL CUP 2024" müsabiqəsinə start verilir
Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir
"Azercell Telekom" Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti "AZERCELL CUP" müsabiqəsini elan edir. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək.
Müsabiqəyə qeydiyyat saytı üzərindən 15-19 may tarixlərində təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqənin birinci turu 20 may saat 10:00-18:00 arasında keçiriləcək.
Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir.
Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb olunacaqlar.
Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.
Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq! / azxeber.com

Keçmiş nazirə ağır itki
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək