Azercell ilə "Yeni bağlar həyata bağlar" - FOTO
Mobil operator müxtəlif yaş qruplarından olan insanlar üçün dünyanı daha yaxın edir.
18 noyabr tarixində Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində "Azercell Telekom" tərəfindən həyata keçirilən yeni sosial layihənin təqdimatı baş tutdu. Lider operatorun əməkdaşlarından ibarət "Azercell Könüllüləri" qrupu və Azeronline şirkətinin dəstəyi ilə reallaşan layihə Azercell şirkətinin "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə bilavasitə bağlıdır və yaşından, sosial statusundan asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər rabitə imkanları yaratmaq, onlar üçün sürətli bağlantını və mobil interneti əlçatan etmək məqsədini daşıyır.
Layihə çərçivəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan 200-ə yaxın təqaüdçünün artıq yüksəksürətli internetdən rahat şəkildə yararlanmaq imkanı olacaq. Belə ki, şirkətin dəstəyilə müəssisənin əsas korpusunun dörd məntəqəsində Azeronline internet xətti çəkilib və əlavə olaraq 4G wifi cihazı hədiyyə edilib ki, bu da korpusda rahat şəkildə internetdən istifadə etməyə şərait yaradacaq. Əlavə olaraq, müəssisəyə hər ay yenilənən 25 GB internet paketi və internetin bəxş etdiyi üstünlüklərdən əyani şəkildə yararlanmağa imkan verəcək laptoplar, qulaqlıqlar və planşet cihazları da hədiyyə edilib.
Qeyd edək ki, müəssisənin sakinləri üçün Azercell Könüllüləri və şirkətin texniki əməkdaşları tərəfindən avadanlıqlar və internetdən istifadə ilə bağlı xüsusi təlimat proqramı da təşkil olunub. Müəssisəyə xüsusi ezam olunan Azercell Mobil Müştəri Xidmətləri isə sakinlərin mobil nömrə ilə bağlı əməliyyatlarını yerində həyata keçirməyə və bütün suallarını cavablamağa dəstək olub.
Azercell-in bu sosial təşəbbüsü əlçatan və sürətli internet vasitəsilə ahıl yaşlı vətəndaşlarımızın həyatını daha aktiv və rəngarəng etməyə, onların həm yaxınları ilə ünsiyyətini, həm də xəbər portallarından, əyləncə kanallarından rahat istifadəsini təmin etməyə istiqamətlənib.





/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu