Azəri Gənclər Alyansı "Biz erkən nikahlara yox deyirik!" adlı layihə keçirdi

Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı ictimai birliyi Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində "Biz erkən nikahlara yox deyirik" layihəsini uğurla həyata keçirib.
azxeber.com xəbər verir ki, layihə çərçivəsində Lerik rayonunun Heydər Əliyev Mərkəzində, Astara rayonunun 2 saylı tam orta məktəbində və Lənkaran şəhərinin Lənkəran Gənclər Evində ümumilikdə 80 nəfər olmaqla, 11-16 yaşlı yeniyetmə gənc qızlar üçün 4 günlük maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə ekspert və təlimçi tərəfindən fərqli təhsil metodları ilə maarifləndirici təlimlər keçirilib. 
Layihə rəhbəri Ayfər Şakirli Azəri Gənclər Alyansının 2017-ci ildən davamlı olaraq cənub regionunda erkən nikahlara dair maarifləndirmə işinə dəstək olmaq üçün məktəbli qızlar və onların valideynləri ilə infossessiyalar, təlimlər təşkil etdiyini qeyd edib. Layihənin eksperti Bahar Mürsəliyeva gənclərlə müzakirələrdə regionda qızların təhsil göstəriciləri, erkən nikahlarla mübarizədə görülməli işlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Təlimçi Leyla Cahangirova erkən nikahların baş vermə səbəblərinə, kökünə diqqəti çəkərək cəmiyyətdə maariflənmənin erkən yaşdan aparılmasının əhəmiyyətini iştirakçılara fərqlı təhsil metodları ilə çatdırmağa çalışıb. 
Layihə çərçivəsində "Biz erkən nikahlara YOX deyirik!" adlı maarifləndirici sosial çarx hazırlanıb və sosial media vasitəsilə ictimaiyyətə təqdim olunub. Eyni zamanda, sosial çarx təlimlər zamanı nümayiş etdirilib. Videoçarxda səhnələşdirilmiş erkən nikahla bağlı hadisəni şərh edən məktəblilər rayonlarında baş verən bu kimi hallara qarşı necə mübariazə aparacaqları, mövcud qaynar xətlər, müraciət edə biləcəkləri qurumları tanıdıqlarını bildiriblər. 
Yekunda regionda erkən nikahlarla mübarizə işini gücləndirmək üçün rəy və təkliflər verilib, iştirakçılara sertifikatlar təqdim edilib.
Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı Azəri Gənclər Alyansı

Sosial       Tarix: 05 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 xeber.az bu gun cebheden xeber son xeberler bugun 2026 canli