"Azərlotereya"nın dəstəyi ilə alınmış minaaxtaran itlər ANAMA-ya təqdim edilib
Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə Fondun donor və tərəfdaşlarının Minatəmizləmə Agentliyi (ANAMA) ilə işgüzar görüşü keçirilib. "Azərlotereya" ASC-nin aldığı üç minaaxtaran it ANAMA-ya təqdim olunub.
Tədbirdə çıxış edən Fondun İdarə Heyətinin (İH) sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilərin yerləşdirdiyi minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. Bu günə qədər Fondun fəaliyyətinə dəstək verən donor və tərəfdaşlara təşəkkür edən R.Hacıyev, birgə atacağımız addımlar sayəsində tezliklə Qarabağı dünyanın ən gözəl məkanlarından birinə çevirəcəyimizə əminliyini ifadə edib.
"Azərlotereya"nın İH-nin sədri Osman Karakuş işğaldan azad edilmiş ərazilərin bərpası ilə yanaşı, minadan təmizlənməsi istiqamətində görülən işlərə töhfə verdikləri üçün çox şad olduqlarını deyib. Onun sözlərinə görə, ANAMA-ya hədiyyə edilən minaaxtaran itlər işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi ilə yanaşı, bərpa-quruculuq işlərinin sürətləndirilməsinə də öz töhfəsini verəcək. Həmçinin bildirib ki, "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi QDF-yə ianə edilir. Bundan əlavə, 2022-ci ildən həyata keçirilən "Əmanətə sədaqət" layihəsində 150-dən çox şəhid ailə üzvünün təhsil və yaşam xərclərinin qarşılandığını qeyd edib.
ANAMA-nın İH-nin sədri Vüqar Süleymanov çıxış edərək mina və müharibənin digər partlayıcı qalıqları probleminin həllinə nail olmağın kollektiv səy və möhkəm tərəfdaşlıq tələb etdiyini diqqətinə çatdırıb və bu sahədə dəstək göstərən tərəfdaşlara minnətdarlıq ifadə edib.
Çıxışlardan sonra işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə və Böyük Qayıdış prosesinin sürətlənməsinə töhfə vermək məqsədilə "Azərlotereya" nın aldığı Romi, Şimşək və Skubi adlı üç minaaxtaran it QDF-in vasitəçiliyi ilə ANAMA-ya ianə edilib. V.Süleymanova bununla bağlı sertifikatları R.Hacıyev və O.Karakuş təqdim ediblər.
Tədbirdə son 1 ildə 500 000 AZN vəsaiti işğaldan azad edilmiş ərazilərin dirçəlişinə ianə etdiyinə görə "Azərlotereya"ya xüsusi "Təşəkkür sertifikatı" təqdim olunub.



/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var