"Azərsığorta"nın ləğv edilmə səbəbi AÇIQLANDI - RƏSMİ
Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi "Azərsığorta" ilə bağlı birgə məlumatı yayıb.
KONKRET.az birgə məlumatı təqdim edir:
"2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortasından ibarət olan əsas fəaliyyəti və səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalmış, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmamış, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artmışdı.
Yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti tərəfindən Şirkətin Direktorlar Şurasına və Azərbaycan İnvestisiya Holdinqinə (AİH) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət olunmuşdur. Həmin müraciət AİH və Şirkətin Direktorlar Şurası tərəfindən təhlil edilərək dəstəklənmişdir və AİH-nin Müşahidə Şurasına təqdim olunmuşdur.
AİH-nin Müşahidə Şurası təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmış və Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 31 yanvar tarixli Fərmanı ilə Şirkət ləğv edilmişdir.
Şirkətin könüllü ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Mərkəzi Banka müraciət ediləcəkdir.
Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcəkdir.
Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaqdır".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR