Bakcell' abunəçilərinə Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə imkanı yaradıb
Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından "8112" qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər. Bakcell nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!
Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu "NEQSOL Holding"in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.
Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. ()
Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: ( )
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu