"Bakcell" BMT-nin Qlobal Sazişinə qoşulub

İnnovasiya və sürət lideri "Bakcell" BMT-nin Qlobal Sazişinə (United Nations Global Compact) qoşulub. Bununla bağlı "Bakcell"in baş icraçı direktoru Klaus Müller və BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov arasında memorandum imzalanıb.
azxeber.com xəbər verir ki, Klaus Müller bildirib ki, təşəbbüsə qoşulmaqla şirkət dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirir: "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyət strategiyamızın əsasını təşkil edir. Qlobal Sazişin 10 prinsipini tətbiq etməklə ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətimizi daha da təkmilləşdirəcəyik".
"BMT-nin Qlobal Sazişinə qoşulmaqla "Bakcell" dayanıqlı gələcəyə töhfə vermək öhdəliyini bir daha təsdiqləyir. Bu, hər kəs üçün daha yaxşı bir gələcək qurmaq məqsədilə ictimai bir vəddir – tərəfdaşlara, səhmdarlara, təchizatçılara, işçilərə, müştərilərə və gələcək nəsillərə verilmiş bir öhdəlik. "Bakcell" sözünə sadiq korporativ şirkət kimi tanınır. Texnologiya dayanıqlığın əsas təminatçılarından biridir və yenilikçi bir şirkət olaraq "Bakcell", fərdlər, icmalar və sənayelər üçün daha yaxşı, məsuliyyətli və qayğıkeş həyat tərzi yaratmaq məqsədilə texnologiyanı əlçatan etməyə mühüm töhfə verəcək", -  deyə Samir Məmmədov bildirib.
Qeyd edək ki, "Bakcell" işğaldan azad olunmuş bölgələr də daxil olmaqla, ölkə ərazisində keçirdiyi müxtəlif innovativ layihələrlə iqtisadiyyatın inkişafına, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına töhfə verir. "Bakcell"in ətraf mühitin qorunması istiqamətində atdığı addımlar enerji istehlakı və elektron tullantıların ətraf mühitə təsirinin azaldılmasını, həmçinin bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadəni hədəfləyir. Belə ki, şirkət eSIM texnologiyasının tətbiqi ilə plastik tullantıları azaldır, həmçinin bərpa olunan enerji ilə işləyən stansiyalarla bağlı pilot layihə həyata keçirir. Bundan əlavə, şirkət həyata keçirdiyi "FLEXcellence" proqramı vasitəsilə hibrid iş rejimini təşviq edir. Bu isə öz növbəsində əməkdaşların enerji və vaxt itkisini azaldır, onların iş və şəxsi həyatları arasında balansı təmin etməsinə kömək edir.
BMT-nin Qlobal Sazişi dünyada dayanıqlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüsdür. Hazırda Qlobal Sazişin iştirakçıları sırasında 160-dan çox ölkədən 20 mindən çox təşkilat yer alır. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi"nə uyğunlaşdırmaqdır.

İqtisadiyyat       Tarix: 18 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 6,5 milyon ABŞ dolları dəyərində 26 min 423 ton soğan (təzə və ya soyudulmuş) idxal edib. -un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığ

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır

"İrşad" 8 Noyabr – Zəfər Günü münasibətilə "Şad Günlər" kampaniyasına start verir. Yalnız 4 gün, 7–10 noyabr tarixlərində "İrşad" mağazalarında və onlayn platformalarda bütün məhsulların endiriml

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər son xeberler bugun 2026 canli son.xeberler xeber saytlari