Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib.
Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqlar barədə fikirlərini bölüşüb. O, həmçinin 35 ildən artıq beynəlxalq idarəetmə təcrübəsindən nümunələr gətirərək karyera inkişafı, liderlik və dəyişən biznes mühitində çevik düşüncənin əhəmiyyətindən danışıb.
"Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə uğurun əsas şərtlərindən biri daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər sabah yeni texnologiyaların və biznes modellərinin yaradılmasında mühüm rol oynayacaqlar. Biz Bakcell olaraq gənclərlə bilik və təcrübə paylaşımını, onların innovativ düşüncə və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyi vacib hesab edirik" , – deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bildirib.
Tədbirin sonunda tələbələr Qunnar Pankeyə karyera, liderlik, telekommunikasiya sektorunun gələcəyi və süni intellektin yaratdığı imkanlarla bağlı suallarını ünvanlayıblar.
ADA Universitetinin "Senior Talks" layihəsi müxtəlif sahələr üzrə yüksəksəviyyəli rəhbərləri və təcrübəli peşəkarları tələbələrlə bir araya gətirərək onların real biznes təcrübəsi, liderlik yanaşmaları və karyera inkişafı ilə bağlı biliklər əldə etməsinə imkan yaradır.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.


/ azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var