Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb - FOTOLAR
Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində "Azersun Holding"in qonağı olub.
azxeber.com xəbər verir ki, iki günlük səfər çərçivəsində "Azersun Holding"in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.
Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və "Ülker" markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.
Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Azersun Holding" və "Ülker" arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. "Ülker" markasının Azərbaycandakı rəsmi distribütoru olan "Azersun Holding" brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.






Xidmetler [newsid: 0-123300]

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Azərbaycanda kürəkən qayınatasını öldürdü
Bakıda iki azyaşlı bacı vəfat etdi
Elnur Həsənov vəzifədən azad edildi
Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə
Qaz və elektrik pulunuz çox gəlməsin deyə bunları edin – Ekspertdən VACİB TÖVSİYƏLƏR
Bunu edənlər bir müddət vergidən AZAD OLUNACAQLAR
"Kredit əldə etməyin qaydaları sərtləşdirilməlidir" - AÇIQLAMA
Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı