Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə müraciət etdi

Bakı aeroportu Formula 1-lə bağlı sərnişinlərə müraciət etdiBakıda keçiriləcək "2024 Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir.
KONKRET.azxəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişinlərə müraciətində bildirilir.
Hava limanı bəyan edib ki, sərnişinlərin səfərlərini bu halları nəzərə alaraq planlaşdırmaları və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmaları tövsiyə edilir.
O cümlədən, sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün bir sıra tövsiyələrə əməl etmələri məsləhət görülür:
Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.
Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.
Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.
"Aeroexpress" xidmətindən istifadə etmək: "28 may" metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatından istifadə edin.
Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi "drop-off" zonalarından istifadə edin.
Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.
Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.
"Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin", – deyə müraciətdə qeyd olunub.

İdman       Tarix: 09 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta sosial yardim krminal bu gun en sonxeber