Bakı "Böyük Dəbilqə" yarışının vaxtı dəyişdi
Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərarına əsasən, 2024-cü ilin 1-3 noyabrında keçirilməsi nəzərdə tutulan Bakı Böyük Dəbilqə yarışının vaxtı dəyişdirilib.
KONKRET.azxəbər verir ki, xəbər verir ki, "Dünya Cüdo Turu" seriyasına daxil olan turnir 16-18 fevral 2024-cü ildə keçiriləcək.
Tədbir Milli Gimnastika Arenasında baş tutacaq.
"Bu tarixlərdə daha öncə Tel-Əviv Böyük Dəbilqə yarışının keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından BCF bu turnirin keçirilməsini təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Bakı Böyük Dəbilqə yarışının 16-18 fevral 2024-cü il tarixinə keçirilməsini təklif etdik. Təklifimizə müsbət cavab verdikləri üçün BCF-ə təşəkkürümüzü bildiririk", – deyə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.
O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi burada toplanacaq xalların Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: "Yarış noyabr ayında olsaydı, Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin, bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq".

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi