Bakı "Critical Infrastructure Defence Challenge 2023"ün açılış mərasimi keçirilir
Oktyabrın 26-da Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) tədbirinin açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev çıxış edib.
Tədbir çərçivəsində Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi məqsədilə "Kibermüharibə" yarışının final mərhələsi keçiriləcək. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməlidirlər. Final mərhələsinə 20 komanda adlayıb. Qalib gələn komanda tədbirin ikinci günündə açıqlanacaq.
Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunub. Təlimçilər sıralarında həm yerli, həm də xarici mütəxəssislər mövcuddur. Tədbir iştirakçıları 2 gün ərzində sözügedən təlimləri dinləmək, kibertəhlükəsizlik həlləri sərgisini ziyarət etmək, keçiriləcək yarış və virtual "quiz"lərdə iştirak edib hədiyyələr qazanmaq imkanını əldə edəcəklər. Təlimdən keçənlərə sertifikat veriləcək.
Tədbir dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlar arasında netvorkinqin və koordinasiyanın gücləndirilməsi məqsədilə təşkil olunur. / azxeber.com

Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Yay aylarında bu balıqları yeməyin
Ağır yol qəzası baş verdi: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Bakıda qəribə OLAY: Kişi telefona çox baxan arvadını döydü
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
15 yaşlı yeniyetmə su kanalında boğulub
Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var