Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun

Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun"Mənzillərin satış qiyməti reallığımızla uzlaşmır. Axı Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun. Bir çox məsələlərdə də süni faktorlar rol oynayır. Məsələn, indi oxuyuram ki, metro tikintisi üçün nəzərdə tutulan yerlərə yaxın evlər fantastik bahalaşıb. Amma, bahalaşmanın bir bazar etikası da olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bahalaşma məsələlərində etik çərçivələr və bazar münasibətləri əsas rol oynaya bilmir. Gərək bunu mütəxəssislər araşdırsınlar".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:
"Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin".
Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:
"Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber en son xeberler bu gun bugunun xeberleri metbuat