"Bakı ilə İrəvanın barışması üçün yol xəritəsi formalaşdırılır
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır"
azxeber.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib.
O, tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün onun gedişini şərh edə bilmərik:
"Bakı və İrəvan nəyin onların fundamental maraqlarına cavab verdiyini və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarını özləri qərar verirlər. Bakı ilə İrəvanın barışması üçün yol xəritəsi formalaşdırılır. Bura nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı istiqamətində addımlar daxildir",- deyə Rusiya xarici işlər nazirinin müavini əlavə edib.
Sülh müqaviləsinin mövzusuna qayıdaraq Qaluzin bildirib ki, Rusiya tərəfi ümumi dil tapmağa tərəflərə uyğun gələn razılaşmalara və güzəştlərə getməyə kömək edir.
Şəbnəm Zahir
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var