Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO
Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok" kimi sosial şəbəkələrdə ən populyar "dupe" istiqaməti kimi birinci yeri tutub.
Bu barədə "1st Move International"ın turizm ekspertlərinin apardığı araşdırmadan məlum olub.
Qeyd edək ki, ingilis dilindən "dublicate" sözünün (tərc."dublikat", "analoq") qısaldılmışı olan "dupe" kəlməsi böyük brendə bənzər, effektivliyi ilə də geri qalmayan, lakin daha ucuz məhsulu bir sözlə - daha sərfəli alternativi nəzərdə tutur.
"Destination Dupe" - izdihamlı və daha bahalı olanların əvəzinə daha az tanınan, araşdırılmamış səyahət istiqamətləri təklif edən tendensiyadır. Bunlar şəhərlər, milli parklar, ya da oxşar və daha populyar turizm yerlərini təkrarlayan, hətta onları üstələyən ölkələr ola bilər.
"Azərbaycanın paytaxtı Bakı getdikcə daha çox Dubayın dəbdəbəsinə alternativ kimi görünür. Dubay kimi Bakı da sürətli inkişaf yolu keçib və heyranedici müasir arxitekturaya malikdir. Bakıda həm də tarixi dərinliyi müasir estetika ilə birləşdirən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, yaxşı qorunan İçərişəhəri var. Dubay kimi Bakı da yüksək səviyyəli qonaqpərvərliyi ilə tanınır, lakin daha zəngin mədəni təcrübə təqdim edir. Şəhər canlı caz səhnəsinə, 12-ci əsrə aid qədim tarixi sərvətlərə və müxtəlif kulinariya landşaftına ev sahibliyi edir", - deyə tədqiqatda bildirilir.
"Destination Dupes" siyahısında birinci yerdə Barselonaya alternativ kimi Valensiya gəlir. Reytinqi Malayziyanın Kuala Lumpur şəhəri (Sinqapura alternativ), Monreal (Paris və Nyu-Yorka alternativ) və Sietl (Vankuverə alternativ) davam etdirir.
Bakı Bakı həmçinin "Instagram"da ən məşhur "dupe" məkana çevrilib və haqqında paylaşılan 34,8 milyon postla sosial şəbəkədə birinci yeri tutur. İkinci yerdə Taylandın Çianqmay şəhərinə alternativ kimi Kolumbiyanın Medellin şəhəri (33,4 milyon paylaşım) gəlir, üçüncü yerdə isə Valensiya (29,6 milyon post) qərarlaşıb.
Bakı Bakı, 2,4 postla "TikTok"da da birinci yerdədir və bu, onun qlobal səhnədə artan profilini əks etdirir. Siyahıda onu Medellin (2,2 milyon paylaşım), Valensiya və Monreal (hər biri 1,3 milyon paylaşım) izləyir.
Bakı / oxu.az

Turizm       Tarix: 22 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler cebheden xeberler valyuta mezennesi 2026 xeberler bugun