Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edirSəyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir
Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdim edir və müxtəlif təkliflərlə sevindirir.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Sərnişinlərin istəklərini təmin etmək üçün bayram günlərində Avropa və Asiyanın bir çox şəhərinə aktiv uçuş proqramı planlaşdırılır.
İlin bu dövründə günəşli havada, dəniz kənarında istirahət etmək istəyinin artdığı vaxtda AZAL kurort istiqamətlərinə uçuşlar təklif edir. Tətil günlərində Dubay və Ciddədə çimərlik istirahətindən zövq almaq mümkündür. Həmçinin bu şəhərlərdə gözəl alış-veriş imkanları mövcuddur.
Mükəmməl seçim Aralıq dənizi və ya Qara dəniz sahillərində, Antalya və ya Soçi şəhərlərində tətili keçirməkdir. Üzmək üçün dəniz sərin olarsa, bu şəhərlər səyahətçiləri maraqlı ekskursiyalarla sevindirəcək.
Türkiyə istirahət və alış-veriş üçün populyar istiqamətlərdən biri olaraq qalır. İstanbul, Ankara və Antalya ilə yanaşı, AZAL bayram günlərində İzmir və Trabzon şəhərlərinə də uçuşlar həyata keçirir. İstanbul və Ankaraya uçuşlar hər gün, Antalya, İzmir və Trabzona isə müvafiq olaraq həftədə dörd, üç və iki dəfə yerinə yetirilir.
Bundan əlavə, Novruz bayramında AZAL Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə istiqamətlərin geniş seçimini - 20-yə yaxın marşrut təklif edir. Burada sanatoriya-kurort müalicəsindən tutmuş tarixi ekskursiyalara qədər müxtəlif istirahət növlərindən zövq almaq imkanı var.
Uzun yaz tətili Tbilisi şəhərinə səyahət etmək, gürcü qonaqpərvərliyinə qərq olmaq və ölkənin ləzzətli təamlarını dadmaq üçün gözəl fürsətdir! AZAL Gürcüstanın paytaxtına gündə beş dəfə reyslər həyata keçirir.
Avropa şəhərlərinə səyahət etmək istəyənlər üçün aviaşirkət Barselona, Berlin, Vyana, Praqa, London, Milana və möhtəşəm tarixi irsə malik digər şəhərlərə komfortlu uçuşlar təklif edir.
Yeri gəlmişkən, Novruz bayramı ilə əlaqədar AZAL Avropanın bu şəhərlərinə uçuşların sayını artırır: Barselona, Vyana, Praqa və Parisə - həftədə üç, Milana - həftədə beş, Londona - həftədə altı reys.
Yeni mədəniyyət və adət-ənənəni kəşf etmək istəyənlər aviaşirkətin Pekin, Mumbay, Nyu-Delhi, Mədinə, İslamabad və ya Lahor istiqamətlərini seçə bilərlər. Yerli mətbəxin müxtəlif təamları, qədim abidələr və mədəni ənənələr, müqəddəs yerlər, müasir memarlıq - bütün bunlar səyahətçiləri aviaşirkətin uçuşlar yerinə yetirdiyi şəhərlərdə gözləyir.
Bundan əlavə, AZAL sərnişinləri Pekin vasitəsilə "Hainan Airlines" aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. AZAL bu aviaşirkətlə müqavilə imzalayıb. "Hainan Airlines" AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.
AZAL ilə unudulmaz anlar yaşamaq fürsətini qaçırmayın! Aviaşirkət tələbatın yüksək olduğu Novruz bayramlarında səyahət xərclərinə qənaət etmək üçün səfərlərinizi əvvəlcədən planlaşdırmağı tövsiyə edir.
Məlumat:
AZAL-ın gündəlik uçuşlar planlaşdırdığı məşhur beynəlxalq istiqamətləri sırasında:
- İstanbul - gündə 4-5 reys;
- Dubay - gündə 1-2 reys;
- Tbilisi - gündə 5 reys;
- Ankara - gündə 1 reys;
- Aktau - gündə 1 reys.
Ehtiyac yaranarsa, tələbatı nəzərə alaraq AZAL uçuşların tezliyini artıra bilər.
Həmçinin bayram günlərində "Azərbaycan Hava Yolları" aşağıdakı beynəlxalq istiqamətlər üzrə çoxlu uçuşlar yerinə yetirəcək:
- London - həftədə 6 reys;
- Milan - həftədə 5 reys;
- Antalya - həftədə 4 reys;
- Almatı - həftədə 4 reys.
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün aviaşirkətin rəsmi www.azal.az saytına keçid ala və ya mobil tətbiqinə daxil ola, eləcə də AZAL-ın kassalarına və akkreditə olunmuş agentliklərinə yaxınlaşa bilərsiniz.
Bayram günlərində hava limanında sıxlığı nəzərə alaraq sərnişinlərə uçuşqabağı rəsmiyyətlərdən keçmək üçün hava limanına əvvəlcədən gəlmələri tövsiyə olunur.
Aviaşirkətin reyslərinə onlayn qeydiyyat planlaşdırılan uçuş vaxtından 48 saat əvvəl açılır və 60 dəqiqə əvvəl bağlanır. Hava limanında uçuşa qeydiyyat və baqaj qəbulu uçuşdan 60 dəqiqə əvvəl başa çatır. / oxu.az

Turizm       Tarix: 21 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 bugünkü son xəbərlər bugunun xeberleri cəbhədən son məlumat