Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb. Məktəb rəhbərliyindən verilən məlumata görə, həmin şagird davranış qaydalarını mütəmadi olaraq pozur.
Mövcud problemlə bağlı məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilərək dəstək tədbirləri görülüb. Lakin valideyn dəfələrlə məktəbə dəvət edilsə də, hələ də müsbət nəticə əldə olunmayıb. Bəs yeniyetmələrdə müşahidə olunan bu cür aqressiv və qeyri-adekvat davranışların əsl səbəbləri nədir?
Psixoloq İlahə Dadaşovanın sözlərinə görə, davranış pozuntusu məktəbdə deyil, ailədə formalaşır:
"Hər bir yeniyetmədə özünütəsdiq istəyi olur. Bir çox yeniyetmələr bu istəyi neqativ fəaliyyətlərə yönəldirlər. Çox vaxt buna səbəb natamam ailə quruluşu və valideynlərin uşaqlara qarşı diqqətsizliyidir. Çünki davranış pozuntusu məktəbdə deyil, məhz ailədə formalaşır. Biz davranış pozuntusu olan uşaqların davranışlarını korreksiya etməklə yanaşı, həm də onların gizli qabiliyyət və bacarıqlarını tapıb üzə çıxarmalıyıq. Unutmaq olmaz ki, yeniyetməlik dövrünün tipik xüsusiyyəti sosial həyatda status qazanmaq və yer tutmaq cəhdidir".
Sosioloq Mail Yaqub isə bildirib ki, bu gün yeniyetmələrə ən güclü təsir edən amil sosial şəbəkələr və oradakı bəzi şəxslərin anormal hərəkətləridir:
"Uşaq və yeniyetmələr orada nəyi görürlərsə, onu da mənimsəyir, öz hərəkətlərində əks etdirirlər. Hazırda sosial şəbəkələr yeniyetmələrin və uşaqların əxlaqına, davranışlarına sanki düşmən kəsilib. Bu məsələdə həm valideynlər, həm də məktəbdəki müəllimlər maksimum dərəcədə həssas olmalıdırlar". / konkret.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?