Elçilikdə "yox" dedilər, biədəb şəkillərini qızın atasına göndərdi

Elçilikdə Oğuz rayonunda 29 yaşlı oğlan sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edib.
KONKRET.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Tural 2024-cü ilin yay aylarında Oğuz rayonunun kəndlərindən birində Ənvərə məxsus evin həyətyanı sahəsində və qonaq otağında yetkinlik yaşına çatmayan Pərvanəyə (adlar şərtidir – red.) qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.
Tural barəsində Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2022-ci ilin payız aylarında Sumqayıt şəhərində işləyib. İş yoldaşına SMS göndərən zaman səhvən həmin mesajı başqa şəxsə – iş üzrə zərərçəkmiş Pərvanənin anasına göndərib və daha sonra həmin nömrəyə zəng edib.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan iki-üç gün sonra həmin nömrədən cavab verən xanımla yazışıb və əlaqə saxlayıb:
"Bu zaman bir-birimizdən xoşumuz gəldi. Aramızda tanışlıq yarandığı üçün və həmin qıza qarşı ciddi fikrim olduğu üçün bu məsələni valideynlərimizə bildirməyi təklif etdik".
Turalın sözlərinə görə, 2023-cü ilin iyun ayında ailə üzvləri – anası, nənəsi, xalası və əmisi oğlu ilə Pərvanənin yaşadığı Oğuz rayonunun kəndində yerləşən evə gediblər:
"Ailə üzvlərim ailə qurmağımızla bağlı söhbət etdilər. İlk əvvəl Pərvanənin atası Ənvər qızının yaşı az olduğu üçün ailə qurmaq məsələsinə razılıq vermədi. Lakin sonradan ümumi söhbət əsnasında dedilər ki, Pərvanənin 18 yaşı tamam olduqdan sonra bu məsələ ilə bağlı fikir bildirəcəklər.
Bundan bir müddət sonra, təxminən 2024-cü ilin yay aylarında anamla birlikdə yenidən Pərvanəgilə getdim. Həmin vaxt Pərvanənin ailəsi yalnız anamı evlərinə qonaq dəvət etsə də, mən də darıxdığım üçün onunla birlikdə getdim. Evdə Pərvanə və onun anası olub. Həmin vaxt Pərvanəgilə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki bağda və evdə xatirə qalması üçün onunla şəkillər çəkdim və şəkillərdə əks olunan hərəkətləri etdik".
Tural bildirib ki, bir müddət onların münasibətləri yaxşı olub və telefonla əlaqə saxlayıblar. Lakin 2024-cü ilin sonlarından etibarən Pərvanəyə təhsil almayacağını və müxtəlif yerlərə, məclislərə getməyəcəyini bildirib:
"Bundan sonra Pərvanənin ailə üzvləri buna qəti narazılıq etdi. Aramızda bu səbəbdən narazılıq yarandı. Bundan sonra əlaqələrimiz kəsildi.
Pərvanə və onun ailəsi ilə münasibətlərimizi yoluna qoymaq üçün əvvəllər xatirə kimi çəkmiş olduğumuz şəkilləri onun dayısı Mədətə göndərdim. Pərvanəni çox istədiyimi, ona qarşı fikrimin ciddi olduğunu, onunla ailə qurmaq niyyətimin olduğunu və bu işdə köməklik etməsini dayısından xahiş etdim.
Video və şəkillərdə Pərvanəni öpməyimlə bağlı hərəkətlərin xatirə kimi çəkilməsi və həmin görüntüləri onun dayısına göndərməyimin səbəbi münasibətləri bərpa etmək olub. Yəni bu hərəkəti etməklə onun ailəsinə hədə-qorxu gəlmək niyyətim olmayıb. Münasibətlərimin ciddi olduğunu, gələcəkdə Pərvanə ilə ailə qurmaq fikrimin olduğunu bildirmək üçün şəkilləri göndərmişəm".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi hərəkətlərə görə peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini və onunla barışdığını bildirib.
İş üzrə zərərçəkmiş Pərvanə ifadəsində göstərib ki, 2022-ci ilin sonlarında anasına məxsus telefona səhv mesaj gəlib:
"İlk əvvəl elə bildim ki, həmin şəxs qohumumdur. Həmin dövrdə müəllim yanına hazırlığa getdiyim üçün anamın mobil telefonu məndə olub. Bu səbəbdən də zəng edən şəxsə özüm cavab verdim. Bundan sonra həmin şəxsin adının Tural olduğunu bildim. Onunla tez-tez əlaqə saxlayaraq danışdıq. Aramızda münasibət yarandı.
Tural valideynlərinin tanış olmaq üçün yaşadığımız kəndə gəlmək istədiklərini dedi. Mən isə ona atamın buna razı olmadığını söylədim. Buna baxmayaraq, iki-üç gün sonra Turalın ailəsi bizə gəldi. Atam isə mənimlə nikaha girmək təklifinə razı olmadı".
Pərvanə qeyd edib ki, 2023 və 2024-cü illərdə müxtəlif vaxtlarda Tural anası ilə onların yaşadığı evə gəlib:
"Tək olan zaman evdə və həyətdə xatirə qalması üçün Turalla şəkillər çəkdirdik. Həmin zaman Tural mənə qarşı intim hərəkətlər etdi. Həmin hərəkətləri edən zaman bizi heç kim görməyib.
Yaşımın az olması ilə bağlı atam ailə qurmaq məsələsinə və bu işlərə narazı oldu. Lakin biz bir müddət telefonla danışdıq. Sonradan Tural qısqanclıq edərək digər yerlərə getməyimə razı olmadığını bildirdikdən sonra aramızdakı münasibət kəsildi. Bundan bir neçə gün sonra xatirə kimi çəkilmiş şəkilləri atama və dayıma göndərdi".
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Tural 8 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hadisə       Tarix: 27 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda sürüşmə baş verdi - Təxliyə tələb edilir

Paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazid

Bakıda iki azyaşlı bacı vəfat etdi

Bakıda iki azyaşlı bacı vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdl

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub

Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb. KONKRET.azxəbər verir ki, bu barədə rusiyalı şoumen Sergey Dvortsov "RİA Novosti"y

Misirdə yanacaq daşıyan maşın partladı - 20-dən çox insan həlak oldu

Misirdə yanacaq daşıyan yük maşınının iştirakı ilə baş verən partlayış nəticəsində 20-dən çox insan həlak olub. xəbər verir ki, bu haqda "Egyptian Gazette" məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 21 nəfə

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sürüşmənin aktivliyi davam edir

Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib. xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyini

Caduya görə qohumunu öldürən Rafiq həbs olunmadı

Xaçmazda qohumu Emin Cəlilovu qətlə yetirən 38 yaşlı Rafiq Həbibovun məhkəmə prosesi başa çatıb. KONKRET.azxəbər verir ki, -ın əldə etdiyi məlumata görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinən R.Həbibo

Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi

Şəkidə 4 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sabit Rəhman küçəsində baş verib. Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəy

1,7 milyonluq qızılı ələ keçirdilər: biri azərbaycanlıdır

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda özlərini polis kimi təqdim edərək iki qadını aldadan 5 nəfər həbs edilib. -a istinadən xəbər verir ki, şübhəlilər 64 yaşlı Gülşən Ş.-yə zəng edərək adının terror təşkilat


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler xankendi son xeber.az sonxeber.az