Bakı Metropoliteni"ndə kütləvi İXTİSARLAR: vəzifələri aşağı salınır - RƏSMİ CAVAB
"Bakı Metropoliteni" QSC-də mərkəzləşmiş məntəqə növbətçilərinin ləğv edilməsi ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Belə ki, mərkəzləşmiş məntəqə növbətçilərinin vəzifələrindən çıxarılacağı, bunun əvəzinə daha aşağı vəzifələrə təyin olunacaqları bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı metropolitenində texniki yenilənmənin zəruri tələblərindən biri məhz optimallaşma tədbirlərinin aparılmasıdır.
Onun sözlərinə görə, bu, tək insan resurslarını deyil, eyni zamanda texniki sahələri özündə ehtiva edir:
"Hazırda metropolitendə platforma növbətçisi vəzifəsi var. Buna qədər isə qatarların qəbulu və yola salınması vəzifəsi var idi.
Qatarlarda, stansiyaların texniki təchizatında müvafiq yeniliklərin tətbiqi və dövrün tələblərinə uyğun texnoloji proseslərin yeni istiqamətdə qurulması, məhz daha perspektivli platforma növbətçisi vəzifəsinin yaradılması, eləcə də bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlandı. İllərdir ki, bunun müsbət nəticələrini görürük.
Qeyd edilən məsələ, yəni mərkəzləşmə məntəqə növbətçiləri ilə bağlı atılan addımlar məhz texnoloji yeniləşmənin və optimallaşmanın tərkib hissəsidir. Lakin bu tədbirlər həyata keçirildikdə hər hansı kütləvi ixtisarlar yox, mərhələli şəkildə zəruri tələblərə və sistemlərə əsasən vəzifələrin bölgüsü prinsipləri tətbiqi nəzərdə tutulub.
Bu hər dövrdə olan bir prosesdir. Texniki yeniliklər, innovasiyalar və digər məsələlərin hər biri bu və ya digər sahədə hərəkətin təhlükəsizliyi əsas olmaqla təşkilati işlərin dövrün tələblərinə uyğun qurulmasını zəruri edir.
Burada işçilərin əsas istəkləri və maraqları nəzərə alınır.
Onların hər hansı bir formada hüquqlarının tapdalanmasından söz gedə bilməz".
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR