"Bakı Tehranla bazarlığa gedərək, Ermənistanı pis vəziyyətə sala bilər" – Erməni politoloq

"Bakı Zəngəzurla bağlı Tehranla razılığa gələ bilər".
KONKRET.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, bu Yaxın Şərqdə baş verən son proseslərlə sıx bağlıdır. Ekspertə görə, regionda böyük müharibə ehtimalı yüksəkdir və bu, Ermənistana da təsirsizsiz ötüşməyib.
"İsrail İrana cavab zərbələri endirərsə, xüsusən də hədəfdə İranın nüvə obyektləri olacaqsa, Tehran adekvat cavab zərbəsi endirmək məcburiyyətində qalacaq. Qarşılıqlı zərbələr son dərəcə təhlükəlidir, xüsusən də İranın nüvə obyektlərinə hücumlar edilərsə, bu, bizdən o qədər də uzaq olmayan ərazilərin radioaktiv çirklənməsinə gətirib çıxaracaq", – Xaçikyan "Beşinci kanal"da deyib.
İsrail və İran arasında zərbə mübadiləsi bütün Yaxın Şərqin partlamasına gətirib çıxaracaq, çünki İranın Suriya və Livanda etibarlı qüvvələri var. Bu müharibəyə başqa dövlətlər, o cümlədən Azərbaycan da cəlb oluna bilər.
"İordaniya İsrailin müttəfiqinə çevrilib və Azərbaycanın müdafiə naziri hazırda bu ölkədədir. Bu, anti-İran ittifaqının yaradılmasından xəbər verə bilər və Azərbaycan İrana zərbə endirmək üçün öz ərazisini verib-verməyəcəyinə əmin deyilik. Lakin ola bilsin ki, Azərbaycan tərəfi diplomatik vasitələrdən istifadə edərək müəyyən üstünlüklər qazanmağa çalışacaq. Bakı Ermənistanın Sünik rayonunun ələ keçirilməsinə mane olmayacağı təqdirdə öz ərazisini İrana zərbə endirmək üçün üçüncü dövlətin istifadəsinə icazə verməsin. Bu məsələdə Bakı ilə Tehran bazarlığa gedə bilər. Yəni, yenə də tərəflər bizim hesabımıza danışıqlar aparacaq".
İstənilən halda İranın Yaxın Şərqdə böyük müharibəyə cəlb olunması ona gətirib çıxaracaq ki, Tehran Sünik məsələsində Ermənistana dəstək verə bilməyəcək:
"Bu həm də beynəlxalq ictimaiyyətin diqqətini Ermənistandan yayındıracaq, baxmayaraq ki, onlar bu gün bizimlə, ümumiyyətlə, maraqlanmırlar".
İndiki şəraitdə Ermənistan nəhayət, Qərbin köməyinə arxalanmadan öz maraqlarından çıxış etməyə başlamalıdır.
"Heç düşünmüsünüzmü, niyə Ukrayna və İsrail məsələsində qələbəyə qədər döyüşməyə çağırışlar edilir və böyük miqyasda, o cümlədən silah şəklində yardım göndərilir? Qərb İsrailin soyqırımına göz yumur. Nə üçün dəftərləri olan müşahidəçilər köməyə göndərilmir? Qoy müşahidəçilər İsrailə getsinlər və raket hücumlarını dəf etmək üçün bloknotlardan istifadə etsinlər, mən aviabiletlərin alınmasına sponsorluq etməyə hazıram", – deyə politoloq vurğulayıb.
O, hesab edir ki, indiki şəraitdə Ermənistanın savadlı diplomatlara ehtiyacı var. "Ermənistan son 6 ildə bizə danışılan və ölkəni çoxdan indiki vəziyyətə gətirən Avropa nağıllarından əl çəkməli idi. Türkiyə və Azərbaycanla danışıqları davam etdirərək, lakin daha güclü mövqedən çıxış edərək Rusiya ilə münasibətləri bərpa etmək, İranla strateji əlaqələr qurmaq lazım idi".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 16 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber cəbhədən video xeberler azerbaycan krimnal bugun