Bakı və Sumqayıt daha da işıqlanacaq: Enerjiyə 50 faiz qənaət ediləcək - ŞƏRH

Bakı və Sumqayıt daha da işıqlanacaq: Enerjiyə 50 faiz qənaət ediləcək - ŞƏRHBakı və Sumqayıt daha da işıqlanacaq: Enerjiyə 50 faiz qənaət ediləcək - ŞƏRH
Mayın 22-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu qurumun baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və "Signify" rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
"Signify" şirkəti 1891-ci ildə yaranıb, dünyanın məşhur şirkətlərindən biridir. 74 ölkədə fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir.
"Signify" işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 "yaşıl" şirkətdən biridir.
Videokonfransda şirkətlə Azərbaycan arasında əlaqələrə toxunulub, Prezident İlham Əliyev Erik Rondolatla Davosda keçirdiyi görüşü xatırladıb. Həmin görüş 2019-cu ilin yanvarın 22-də keçirilmişdi.
"Davosdakı görüşümüzü xatırlayıram. Mənə verilən məlumata görə, o vaxtdan bəri bizim yaxşı irəliləyişimiz olub. Baxmayaraq ki, koronavirusla bağlı vəziyyət bizim planlarımıza bir az müdaxilə etdi, lakin mənə məlumat verildiyi kimi, bizim müzakirə etdiklərimizin və razılaşdırdıqlarımızın hamısı indi icra mərhələsindədir", - deyə, İlham Əliyev söyləyib.
"Signify" kimi şirkətlərin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizin nüfuzu, əlverişli biznes və sərmaye mühitinin olması ilə əlaqədardır.
Bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımları isə Azərbaycanda aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar.
Son iki ildə Azərbaycanda genişmiqyaslı kadr, struktur, iqtisadi, sosial islahatlar aparılır. Bu isə "Signify" kimi şirkətlərin Azərbaycana verdiyi önəmin səviyyəsini daha da artırır.
Əməkdaşlığın genişlənməsinin səbəblərindən biri də odur ki, Azərbaycan dövləti müasir texnologiyalara, innovativ resurslarla inkişafı qarşısına məqsəd qoyub.
"Mən çox şadam ki, Siz ölkənizdə texnologiyaların inkişafına önəm verirsiniz. Çünki bir çox hallarda bəzi ölkələr texnologiyanın ölkənin inkişafı üçün bir vasitə olduğunu bilmir və ya buna əhəmiyyət vermir. Azərbaycanda isə Siz bu texnologiyaların çox mütərəqqi olduğunu nümayiş etdirirsiniz", - bunu Erik Rondolat videokonfransda deyib.
Prezident İlham Əliyev koronavirus pandemiyasının yaratdığı problemlərdən dolayı, müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyac olduğunu vurğulayıb.
Onu da deyib ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara hazırdır.
Dövlət başçısı Azərbaycanda yeni texnologiyalar və innovasiyalar üçün əhəmiyyətli insan kapitalı yaradıldığını diqqətə çatdırıb.
Bakı və Sumqayıta yeni texnologiya ilə işıqlanacaq
"Signify" şirkəti tərəfindən Bakı şəhərində 33 min LED işıq quraşdırılacağı və bunların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcəyi gözlənilir. Qənaət göstəricisi minimum 50 faiz təşkil edir.
Prezident İlham Əliyev Bakı və Sumqayıtda müasir işıqlandırma sisteminin qurulduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, sentyabrın sonunadək Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək birinci mərhələ icra olunacaq.
"Bu da birinci növbədə küçələrin işıqlandırılması baxımından vəziyyəti yaxşı olmayan əraziləri əhatə edəcək. Eyni zamanda, sizin də qeyd etdiyiniz kimi, biz böyük miqdarda enerjiyə qənaət etmiş olacağıq. İnsanlar da bunun faydasını görəcəklər. Bizim müzakirə etdiyimiz kimi, bu birinci layihədən sonra birgə fəaliyyətimizin genişləndirilməsinə, Bakı və digər şəhərlərin əhatə edilməsinə dair böyük planlarımız var. Birinci mərhələdə ola bilsin ki, böyük şəhərlər əhatə olunacaq. Biz Sumqayıt şəhərinin küçə işıqları barədə danışdıq. Mənim bildiyimə görə, qiymətləndirmə prosesi gedir. Beləliklə, ümid edirəm ki, bizim bu sahədə uzunmüddətli əməkdaşlığımız olacaq", - Prezident İlham Əliyev qeyd edib.
Bu planların reallaşacağı təqdirdə Bakı şəhərinin işıqlandırılması "Ağıllı şəhər" layihəsinin komponentinə çevriləcək.
İclasda iştirak edən Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, "Bakı ağıllı şəhər" işıqlandırılma layihəsi üzrə işlərin gedişi hazırda çox yaxşıdır və bir çox işlər görülüb.
N.Əmirov söyləyib ki, şirkət müqaviləni tamamlayıb. İyul ayından başlayaraq bütün lampaların ölkəmizə idxalı prosesi başlayacağı və idxal prosesinin sentyabrın sonu, oktyabrın əvvəlində başa çatacağı gözlənilir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı son xeberler bugun 2026 azerbaycan kriminal xeberler son xabar