Bakıda AA seriyalı "Ferrari"nin sahibi cərimələndi
Bakıda məhkəmənin qərarı ilə AA seriyalı "Ferrari" markalı maşının sahibi cərimələnib.
İşə hakim Azər Tağıyevin sədrliyi ilə Səbail Rayon Məhkəməsində baxılıb.
Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, adı qeyd olunmayan şirkət barəsində 10 may 2022-ci il tarixində tərtib olunmuş inzibati material baxılması üçün məhkəməyə göndərilib.
İş materiallarında qeyd olunub ki, "Ferrari F12 Berlinetta" markalı, 99-AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə şirkət tərəfindən məlumat verilməyib. Bu isə şirkətin İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi anlamına gəlir. Bu maddəyə görə, şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməlidir.
Məhkəmənin qərarına əsasən, şirkət 300 manat cərimələnib.
///Qafqazinfo
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı