Bakıda aptekçi qadına bıçaqla hücum edildi
Bakıda quldurluq hadisəsi baş verib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dekabrın 3-də saat 13:48-də Binəqədi rayonunda yerləşən "Şəfa" aptekdə qeydə alınıb.
Belə ki, aptekdə əczaçı işləyən 56 yaşlı Sevinc Qabulova polisə müraciət edərək, tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
Qadın qeyd edib ki, naməlum şəxs əlində bıçaqla işlədiyi aptekə daxil olub və hədə-qorxu ilə ondan 232 manat pul alaraq apteki tərk edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş şəxsin, 1986-cı il təvəllüdlü, əvvəllər CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuş Adgözəlov Nurlan İmran oğlu olduğu müəyyən edilib. O bu gün şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi (quldurluq-silah tətbiq etməklə) ilə cinayət işi başlanaraq istintaq aparılır.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır