Bakıda Avropa kubokunun açılış mərasimi keçirildi
Azərbaycanda ilk dəfə olaraq təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun açılış mərasimi keçirilib.
KONKRET.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:
"Avropa kubokunda hər bir iştirakçıya ayrı-ayrılıqda uğurlar arzulayıram. İnanıram ki, ən güclü olanlar qalib gələcək. Azərbaycanda bütün gimnastika növlərində inkişaf hiss olunur. Bu, dövlət başçısının dəstəyi ilə həyata keçir".
Sonra Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, mayın 5-dək davam edəcək Avropa Kubokunda 37 ölkədən 160 gimnast mübarizə aparır. Yarışda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO