Bakıda bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək
2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu, Avropa Gimnastikasının təşəbbüsü ilə reallaşacaq.
Yeni formatı ilə fərqlənəcək yarışın proqramına "çarpaz-qarşılaşmalar" salınıb. Bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmələri üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdıqları mübarizədir.
Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.
Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Nüfuzlu turnirdə çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.
Qeyd edək ki, Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi