Bakıda binada güclü YANĞIN
Bakıda yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən azxeber.com-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə Nərimanov rayonu, X.Abbasov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın - avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib.
Mənzil yanğından mühafizə edilib.
Xidmetler [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var