İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var".
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov KONKRET.az-a açıqlamasında bildirib.
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMAOnun sözlərinə görə, Azərbaycanda həyata keçirilən uğurlu pul-kredit siyasəti nəticəsində manatın xarici valyutalar qarşısında sabitliyi qorunur:
"Bu da ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə imkan verir.
İranda isə iqtisadi vəziyyət fərqlidir. ABŞ-la davam edən gərginlik, milli valyuta olan rialın dollar qarşısında kəskin ucuzlaşması və neft ixracında yaranan çətinliklər ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Bu fonda benzinin qiymətində artımın baş verməsi də müəyyən mənada gözlənilən idi".
A.Badamov vurğulayıb ki, İranda benzinin qiymətinin dollar ifadəsində real olaraq iki dəfə bahalaşmasından daha çox, rialın dəyər itirməsi və inflyasiya amili nəzərə alınmalıdır.
"Yəni burada qiymət artımının əsas səbəblərindən biri milli valyutanın ucuzlaşmasıdır.
Bu qərarın Azərbaycana birbaşa təsir göstərəcəyini düşünmürəm. Çünki Azərbaycan və İran arasında idxal-ixrac əməliyyatları şəffaf şəkildə həyata keçirilir. Ölkəmizdə isə benzin qiymətləri əsasən Tarif Şurası tərəfindən tənzimlənir.
Ona görə də İranda benzinin qiymətindəki artımın Azərbaycanda yanacaq qiymətlərinə və ümumi inflyasiyaya ciddi təsir göstərəcəyini gözləmirəm", – deyə deputat qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 10 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun