Bakıda bu qədər silah haradandır? - AÇIQLAMA

Bakıda bu qədər silah haradandır? - AÇIQLAMAAzərbaycanda silahlı basqın və odlu silahla törədilən cinayətlərin sayının artdığı müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu da İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan silahların bir qisminin mütəşəkkil cinayətkar qruplaşmaların əlinə keçməsi ilə bağlıdır.
Bakıda bu qədər silah haradandır? - AÇIQLAMABu fikirləri sabiq polis rəisi, polkovnik Əlövsət Əliyev bildirib.
Onun sözlərinə görə, müharibə şəraitindən istifadə edərək, qanunsuz yollarla odlu silah əldə edən şəxslər onları cinayətkarlara satırlar. Qeyri-qanuni silah alveri onilliklər ərzində problem olaraq qalacaq:
"Son günlər törədilən cinayətlər də qeyri-qanuni silahlarla bağlı problemin aktual olduğunu təsdiqləyir. Təcrübə göstərir ki, müharibə zamanı və ya müharibədən sonra odlu silah satışı və onun ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması halları artır. Hətta 30 il əvvəl başa çatmış müharibələrdən qənimət kimi əldə olunmuş silahlar hələ də tam olaraq dövriyyədən çıxarılmayıb".
Ekspert vurğulayıb ki, qanunsuz odlu silah saxlama və silah qaçaqmalçılığının miqyasını təxmin etmək çox çətindir:
"Buna baxmayaraq Avropa Birliyinə üzv dövlətlərin hüquq-mühafizə orqanları mütəmadi olaraq qanunsuz əldə edilən silahların dövriyyəsi ilə bağlı hesabatlar hazırlayırlar. 2017-ci ildə Avropa Birliyi ölkələrində 35 milyon nəfərin qeyri-qanuni yollarla odlu silah əldə etdiyi təxmin edilirdi. Bu göstərici qanuni mülkiyyətdə olan odlu silahların sayından çoxdur".
Əlövsət Əliyev hesab edir ki, Azərbaycanda qanunsuz yolla odlu silahlar əsasən müharibə vaxtı döyüş bölgələrindən əldə edilib:
"Düşməndən qənimət kimi götürülən silahlar qeydiyyatdan gizlədilib. Eyni zamanda yaralanan, ölən və ya itkin düşən hərbçilərimizin döyüş zamanı yoxa çıxan silahları, habelə müharibə vəziyyətindən yaralanan, vəzifəsindən sui-istifadə edən hərbi qulluqcuların çıxdaş etdikləri silahlar qanunsuz dövriyyədədir. Qarabağ müharibəsi başa çatandan sonra "Odlu silahlarla bağlı yol xəritəsi " hazırlayıb hüquq-mühafizə orqanlarına gündərmişdim. Orada müharibə zamanı yoxa çıxdığı ehtimal olunan və ya qanunsuz olaraq əldə edilən silahların sayı və növünü, itdiyi tarixi müəyyən etməyin, həmin silahların izlənməsinin zəruriliyini qeyd etmişdim. Keçmiş təcrübəmə və izlədiyim məlumatlara əsaslanaraq deyə bilərəm ki, qanunsuz odlu silahların daşınmasında daha çox avtomobillərdən istifadə olunur. Həmin silahların satışı və saxlanması ilə mütəşəkkil cinayətkar qruplar və ya ayrı-ayrı şəxslər məşğul olur. Bu şəxslər əsasən keçmiş hərbçi və polislər, əsir və girovların qeyri-rəsmi danışıqlar yolu ilə dəyişdiriməsi ilə məşğul olan şəxslərdir".
Müsahibimiz bildirib ki, hazırda müharibə olan bütün ölkələrdə qeyri-qanuni odlu silahların sayı artmaqdadır:
"Avropada aparılan təhqiqatlara görə, Qərbi Balkan ölkələrindən qanunsuz yolla gətirilən odlu silahlar satılmaqda davam edir. Ukraynadan qaçaqmalçılıq yolu ilə AB-yə silah gətirilməsini iddia edənlər də az deyil. Münaqişələr və silah istehsalının artması odlu silahla törədilən cinayətlərin çoxalması riskini artırır. Buna görə də, birincisi, hüquq-mühafizə orqanları döyüş bölgələrindən qənimət kimi götürülən silahların hamısının qeydiyyata alınmadığını daim nəzarətdə saxlamalıdır. İkincisi, silahlarla bağlı qanunlar, eləcə də qanunsuz odlu silah saxlama faktına görə cəzalar sərtləşdirilməlidir".//Bakupost

Hadisə       Tarix: 12 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər