Bakıda cərimədən yayınmağa çalışan sürücüdən qeyri-adi "çıxış yolu" - VİDEO
Azərbaycanda sürücü avtomobilinin dövlət nömrə nişanına müdaxilə edib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
İddia edilir ki, "NAZ Lifan" markalı 01-BD-449 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin nömrəsinə edilən kənar müdaxilə səbəbindən avtomobilin nömrəsi 01-BD-448 kimi görüntülənir. Qayda pozuntuları zamanı cərimələr isə yanlış nəqliyyat vasitəsinə yönlədirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. İdarənin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilən qayda pozuntularına görə barəsində tərtib edilmiş elektron protokollar həmin sürücünün adına rəsmiləşdirilib:
"Yəni 01-BD-448 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün adına heç bir elektron protokol tərtib edilməyib. Əlbəttə ki, sürücünün etdiyi bu hərəkət qanun pozuntusudur və həmin sürücü barəsində buna görə əlavə tənbeh tədbiri görüləcək. Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, belə qanun pozuntularına yol verməsinlər, əks təqdirdə barələrində ciddi tənbeh tədbirləri görüləcək".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var