Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib. Onlardan 2-sinin vəziyyəti çox ağır, 3-nün durumu isə ağır stabildir.
Bu barədə azxeber.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.
4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.
Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan "Curosurf" preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə "Cross-match" uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.
Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.
Körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik
Səfir: Yaxın zamanlarda Slovakiya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır
Dünya bazarlarında neftin qiyməti açıqlanıb
Zelenski Ermənistana səfər edəcək
Okampo kimilər üçün dəyər anlayışı yoxdur' - Azər Həsrət
Tender qarantiyasını Yelo İnternet Bankçılıqda tam onlayn əldə et
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Ağcabədidə ər arvadını öldürdü
Canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
Hörmüz boğazı nə vaxt açılacaq? – Tehrandan şərt
Slovakiya Prezidenti Azərbaycana gələcək
Avtobusda sərnişinin kartından bir bilet üçün 29 dəfə pul tutulub - FOTOFAKT
Qələbə Günü 10 dəqiqəlik atəşfəşanlığa 10 milyon xərcləyəcəklər
Bakıda soyğunçuluq edən şəxs həbs edilib