Bakıda hansı maşınlara maraq öldü - AÇIQLAMA

Bakıda hansı maşınlara maraq öldü - AÇIQLAMABu ilin yanvar-aprel aylarında Azərbaycan 443 milyon 619 min ABŞ dolları dəyərində 21 min 120 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28 % az və 37,5 % azdır. Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 96,8 % artaraq 305 ədəd (53,654 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40,7 % azalaraq 18 287 ədəd (341,249 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, hazırda ölkəyə daxil olan nəqliyyat vasitələrinin böyük bir hissəsinə alıcılıq marağı əvvəlki illərlə müqayisədə daha zəifdir:
"Artıq Azərbaycan alıcısı avtomobil seçimində daha diqqətli davranır və təkcə müəyyən bir ölkədən gətirilən nəqliyyat vasitələrinə üstünlük verilmir. Vətəndaşlar əsasən yeni, iqtisadi cəhətdən sərfəli, yanacağa qənaət edən və gələcək perspektivdə daha əlverişli hesab olunan avtomobillərə maraq göstərirlər. Bu gün alıcılar üçün əsas meyar yalnız avtomobilin qiyməti deyil. Eyni zamanda onun keyfiyyəti, texniki göstəriciləri, rentabelliyi, saxlanma xərcləri və ölkə daxilində istifadəyə uyğunluğu da mühüm rol oynayır. İnsanlar elə nəqliyyat vasitəsinə üstünlük verməyə çalışırlar ki, həm gündəlik istifadədə rahat olsun, həm də gələcəkdə texniki və maliyyə baxımından əlavə problem yaratmasın". 
O deyib ki, bu baxımdan avtomobil bazarında rəqabətlilik daha çox müasir və iqtisadi cəhətdən sərfəli modellər üzərində formalaşır:
"Digər tərəfdən, ölkə ərazisində, xüsusilə paytaxt Bakıda avtomobil bazarındakı ümumi tendensiyaya baxdıqda görünür ki, daha çox yeni və müasir avtomobillərin idxalına üstünlük verilir. Lakin müəyyən dövrdə tətbiq olunan dövlət güzəştlərinin bir qisminin ləğv edilməsi bazara da təsirsiz ötüşmədi. Bu dəyişikliklər nəticəsində avtomobil idxalında müəyyən azalmalar və gözləmə mövqeyi yarandı. Bəzi proseslərdə ləngimə müşahidə olundu. Buna baxmayaraq, düşünürəm ki, bu vəziyyət müvəqqətidir və qarşıdakı illərdə bazar yenidən aktivləşəcək. Növbəti mərhələlərdə həm alıcı marağının, həm də avtomobil idxalının daha balanslı şəkildə formalaşacağı gözlənilir". / azxeber.com

Sosial       Tarix: 26 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026