Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi oldu
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimi keçirilib.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyinin Olimpiya və Paralimpiya idman növləri üzrə sektor müdiri Aydın Məmmədov kamandan oxatmanın qədim və önəmli idman növü olduğunu bildirib. O, iştirakçılara gələcək beynəlxalq yarışlarda müvəffəqiyyətlər, sağlam həyat tərzi arzulayıb. A.Məmmədov yerli yarışların milli komandanın formalaşması baxımından əhəmiyyətindən də bəhs edib.
Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev isə çempionatın təşkili üçün yüksək səviyyədə hazırlıq gördüklərini bildirib. O, növbəti illərdə də kamandan oxatmanın inkişafı üçün əllərindən gələni edəcəklərini söyləyib.
Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub. Dövlət Himni səsləndirildikdən sonra idmançılar sıralama atışları ilə yarışa start veriblər.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizə aparır. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.
Çempionata fevralın 7-də yekun vurulacaq.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var