Bakıda kişi hicablı qadına əl atdı, bunu görən əri... - Şok təfərrüat

Bakıda kişi hicablı qadına əl atdı, bunu görən əri... - Şok təfərrüatBakının Suraxanı rayonunda 1979-cu il təvəllüdlü Vəli şəxsi münasibətlər zəminində əvvəllər tanımadığı Elçini (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə 2021-ci ilin yanvarın 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
Vəli evinin yaxınlığında həyat yoldaşı Sevincin ardınca addımlayaraq, ona kürək nahiyyəsindən yumruqla vuran Elçinlə qısqanclıq zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Vəli üzərində gəzdirdiyi bıçaqla Elçinə ümumilikdə 6 zərbə vurub. Elçin hadisə yerindən qaçdığından və həkimlər tərəfindən vaxtında ona tibbi yardım göstərildiyindən həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ititham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2005-ci ildə Sevinc ilə nikaha daxil olub: "Həmin nikahdan 2007-ci ildə və 2014-cü ildə iki qız övladımız dünyaya gəlib. Yanvarın 24-də, saat 9 radələrində yoldaşım tək evdən çıxaraq bir az aralıda yerləşən marketə bazarlıq etmək üçün getdi. Bir qədər sonra özüm də evdən çıxdım. Yaxınlığındakı dükana siqaret almağa getdim. Dükana çatmağa az qalmış arvadımın marketdən geri qayıtdığını gördüm. Məhəllədə hamı mənim ailəmi dindar ailə kimi tanıyır və arvadım da başıbağlı, namaz qılan qadındır. Arvadımın təxminən bir addım arxasında tanımadığım bir oğlanın yanına getdiyini gördüm. Bu zaman həmin oğlanın arxadan həyat yoldaşımın kürəyindən yumruqla vurduğunu və onun da qışqıraraq evə qaçdığını gördüm. Qaçaraq həmin oğlana tərəf gəldim və ondan nə etdiyini soruşdum. Həmin oğlan mənə "sən kimsən" sözlərini dedi. Bundan əsəbiləşdim, bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurdum. Bıçaqla onun bədəninin hansı nahiyyələrinə vurmağım yadımda qalmayıb. Çünki həmin vaxt əsəbimdən nə etdiyimi bilməmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elçinin sözlərinə görə, yanvarın 24-də, saat 17 radələrində bir qədər spirtli içki qəbul etdikdən sonra tanışları ilə görüşmək üçün əvvəllər kirayədə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsinə gedib: "Saat təxminən 19 radələrində Çöllük küçəsinin yaxınlığındakı ərzaq mağazasına daxil oldum. Oradan siqaret aldım və küçədə siqareti çəkdikdən sonra bir qədər pivə içmək istədim. Lakin üzərimdə pivə almağa pulum çatmadı. Elə bu vaxt həmin küçə ilə bir nəfər arıq, başı bağlı, hicablı qadının əlində bazarlıq zənbili getdiyini gördüm. Həmin qadına yaxınlaşaraq ondan pul istəmək qərarına gəldim".
Zərərçəkmiş şəxs qeyd edib ki, həmin qadına arxadan yaxınlaşıb və ondan 20 manat istəyib: "Həmin qadın mənə pulu olmadığını bildirdi, "rədd ol, get" sözlərini dedi. Həmin vaxt içkili olduğuma görə qadının bu sözlərindən əsəbiləşdim. Əlim ilə onun sağ kürəyinə toxunaraq onu sanki bir qədər itələdim. Bundan sonra həmin qadın tez-tez addımlayaraq qaçaraq küçələrin birinə daxil oldu. Elə bu vaxt sonradan adının Vəli olduğunu bildiyim şəxs mənə yaxınlaşdı. Məndən nə etdiyimi, həmin qadınla nə işim olduğunu soruşdu. Ona "sən kimsən" dedim. Elə bu vaxt həmin şəxs əlində olan bıçaqla sinə və kürək nahiyyələrimdən çoxsaylı zərbələr vurmağa başladı. Özümü toparlayaraq onun əlindən çıxdım, gəldiyim küçə ilə geriyə hərəkət etdim. Hövsanda marketlə üzbəüz dayanmış taksiyə əyləşdim, sürücüdən məni Keşlə qəsəbəsinə anamın kirayədə yaşadığı evə aparmasını xahiş etdim. NZS qəsəbəsinin yaxınlığında olarkən həmin sürücü öz telefonu ilə təcili yardıma zəng etdi. Təxminən 15-20 dəqiqədən sonra təcili-tibbi yardım maşını həmin ünvana gəldi və məni 3 saylı şəhər kliniki xəstəxanasına çatdırdı. Orada mənə tibbi yardım göstərildi".
Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Vəli 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 10 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun sonxəbərlər cəbhədən xəbər xeberler bugun