Bakıda məşhur otelin sahibi elektron qolbaqda gəzəcək
Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsində fəaliyyət göstərən "Şah" adlı oteldə qumar oyunu təşkil edənlərə cəza verilib.
KONKRET.azxəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, qumar oyunun təşkilinə görə otel sahibi, 1989-cu il təvəllüdlü Xaliq Məmmədsadıqov, orda ofisant kimi çalışan 1998-ci il Hikmət M. və 1998-ci il təvəllüdlü Mirəli D. saxlanılıb. Onlar barəsində açılan Cinayət Məcəlləsinin 244-1.2.1; 244-1.2.4-cü maddələri ilə cinayyət işinə məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxslər otel müştərilərinə kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunları təşkil ediblər. Aparılan araşdırma zamanı sözügedən oteli biznes fəaliyyəti ilə məşğul olan Namiq və Xaliq Məmmədsadıqov qardaşlarının idarə etdiyi məlum olub.
Otelə daha çox nəzarəti Namiq Məmmədsadıqov etsə də, təqsirləndirilən ofisantların sözlərinə görə, otelin digər sahibi Xaliq Məmmədsadıqov qumara qarşı olub. Ofisantlar ifadələrində qumar oyunlarını Namiq Məmmədsadıqovun tapşırığı ilə təçkil etiklərini deyiblər.
"Namiq hər dəfə bizə deyirdi ki, onun güclü "arxası", tanışları var. Oteldə qumar oynayanlara rahat qulluq edin. Namiq otelin rəhbəri olduğu üçün biz onun bu təklifindən qorxmadıq", deyə onlar bildirib.
Otelin sahibi Namiq isə ifadəsində "Şah" otelində qumar oyunlarının keçirilməsindən və təşkil edilməsindən məlumatı olmadığını və icazə vermədiyini bildirib: "Həmin oyunçuların orada qumar oynamısını Hikmət və Mirəli təşkil edib. Özümü ona görə qismən təqsirli bilirəm ki, kollektivini düzgün seçməmişəm".
Məhkəmə oteldə qumarın təşkil təşkilatçısı kimi ofisant Hikmət M. 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, məhkəmə iclas zalında həbs edilib.
Otelin sahibi Xaliq Məmmədsadıqov və Mirəli D. 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Hər iki şəxs cəza çəkdiyi müddətdə üzərilərində elektron nəzarət qolbağı tətbiq edilib.

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR