Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi
Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri edən şəxs məsuliyyətə cəlb edilib.
DİN-dən KONKRET.az-a verilən məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.
Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq, nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs artıq saxlanılıb.
Onun 1981-ci il təvəllüdlü Masallı rayon sakini S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə on sutkalıq həbs verilib.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanlı futbolçu "Qalatasaray"da
Renat Dadaşov Ukrayna klubuna keçdi
17 yaşlı tələbə qız faciəvi şəkildə öldü
Bakıda qadın stəkanla döyüldü
Dünya bazarında neft bahalaşdı
"Liverpul" 18 yaşlı hücumçu aldı
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Zelenskinin ofisində axtarış aparıldı
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
Meloni İlham Əliyevə təşəkkür etdi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Deputatlar məktəb illərini necə xatırlayır? - 'Müəllim məni döyürdü