Bakıda sərxoş müəllim maşınla Polis Şöbəsinə gəldi, insident yarandı

Bakıda sərxoş müəllim maşınla Polis Şöbəsinə gəldi, insident yarandıBakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilib.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində baş verib. Orta məktəblərdən birinin müəllimi, 1985-ci il təvəllüdlü Arzu Ağayeva (ad və soyad şərtidir) 102 xidmətinə etdiyi müraciətlə bağlı şöbəyə dəvət edilib. O, idarə etdiyi "Mazda" markalı avtomobillə sərxoş halda şöbəyə gedib və burada polislə arasında narazılıq baş verib. Nəticədə şöbəni tərk etməyə qərar verən A.Ağayeva içkili halda həyətdəki maşını idarə edərək uzaqlaşmağa çalışıb. Bu zaman o, maşını şöbənin pilləkəninə vuraraq oranı dağıdıb. İdarənin həyətindən maşınla çıxan A.Ağayevanı Binəqədi DYP-nin əməkdaşları saxlayaraq geri qaytarıblar və o, alkotestdən keçirilərək sərxoşluğu rəsmiləşdirilib. Daha sonra polis əməkdaşları 37 yaşlı müəllim barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) və 511-ci (Xırda quliqanlıq) maddələri ilə protokol tərtib edərək onu məhkəməyə göndəriblər.
Binəqədi Rayon Məhkəməsində protokola baxılarkən A.Ağayeva hadisəni belə təsvir edib: 
Baş vermiş bu hadisədən əvvəl yaşadığım evin qarşısında tanımadığım qadın tərəfindən döyülməyimlə bağlı 102-yə məlumat vermişdim. Məlumat verdikdən sonra baş vermiş hadisənin təsirində olduğum üçün iki badə şərab içmişdim. Təxminən bir-iki saat keçdikdən sonra 4-cü Polis Şöbəsindən zəng gəldi və izahat vermək üçün şöbəyə dəvət edildim. Əvvəlcə saatın gec olduğunu bildirərək etiraz etdim, lakin polis əməkdaşı izahat vərmək üçün elə indi şöbəyə yaxınlaşmalı olduğumu bildirdi. Oğlumla birlikdə idarə etdiyim "Mazda" markalı avtomobillə 4-cü Polis Şöbəsinə getdim. Polisə izahat verərkən məndən spirtli içki qəbul edib-etmədiyimi soruşdu və bu zaman aramızda mübahisə yarandı. Polis zabiti içkidən istifadə edərək polis şöbəsinə gəlməyimi nöqsan tutdu və Yol Patrul Xidmətinin əməkdaşlarını çağırdı. Həmin polis zabiti və YPX-nin əməkdaşı olan Nicat adlı şəxs məni videoçəkiliş aparacaqları ilə qorxutdular, şöbəyə kanallardan birini dəvət edib çəkiliş aparacaqlarını dedilər. Özümü itirib otaqdan çıxdım və avtomobilə mindim. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəyərək bir neçə pilləkəni sındırdım. Bu zaman YPX əməkdaşı mənə "dayan" əmri verdi. Sərxoşluq dərəcəsini yoxlamaq üçün tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına apardılar".
Barəsində protokol tərtib edilmiş A.Ağayeva əlavə edib ki, şöbədə ondan döyülməsi ilə bağlı izahat alınmayıb, tibbi ekspertizaya göndərilməyib: 
"Polislər oraya telekanalı dəvət etməklə bağlı məni qorxutduqları üçün dərhal polis şöbəsini tərk edərək avtomobilə mindim, həyəcanlı vəziyyətdə avtomobili idarə etdiyindən avtomobili arxaya tərəf hərəkət etdirmək istəyən zaman ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəydi və əmlaka zərər vurdu. İctimai qaydanı pozmaq, şöbənin əmlakına ziyan vurmaq fikrim olmayıb".
Binəqədi Rayon Məhkəməsi A.Ağayevanın əməlində İXM-nin 535-ci maddəsinin tərkibi olmadığından həmin maddəyə xitam verib. A.Ağayeva 510-cu maddə üzrə təqsirli bilinərək ona 50 manat inzibati cərimə təyin edilib.

Hadisə       Tarix: 27 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Kəlbəcər sakini güllə yarası alıb

Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb. KONKRET.azxəbər verir ki, Bakı şəhərində qeydiyyatda yaşayan, əslən isə Kəlbəcərdən olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davaranaraq əl nahiyyəsindən güllə yaras

İsrail HƏMAS və "İslami cihad" üzvlərinin zərərsizləşdirildiyini bildirdi

İsrail Müdafiə Ordusu (SAXAL) "İslami cihad" radikal təşkilatının Xan Yunis briqadasının "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandirini və HƏMAS hərəkatının "Nuhba" xüsusi bölməsinin bir üzvün

Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü

Gürcüstanda Lamiyə Allahverdiyeva adlı azərbaycanlı qız bədbəxt hadisə nəticəsində ölüb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyev

Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb. KONKRET.azReport-a istinadən xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. İlkin məlumata görə, partlayı

"Chevrolet" əvvəl "Opel"ə, daha sonra işıq dirəyinə çırpıldı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, "Chevrolet" və "Opel" markalı avtomobillər toqquşub

Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi "KamAz" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Faktl

Bakı metrosunda gərgin anlar

Bakı metropolitenində nasazlıq yaranıb. -a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza məlumat daxil olub. Bildirilib ki, qatar 10 dəqiqəyə yaxın "Gənclik" stansiyasında dayanıb və hərəkət etməyib. Bununl

Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan dörd nəfərdən sonuncusunun meyiti tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2003-c

Oyun oynadığına görə ərini bıçaqladı - Rusiyada kuryoz hadisə

Rusiyanın Kronştadt şəhərində sərxoş qadın kompüter oyunlarına aludə olan və ona diqqət göstərməyən həyat yoldaşını bıçaqlayıb. KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın " portalı məlumat yayıb. Bildirilir ki, spirtl


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər en son xəbərlər bugün cəbhədən son məlumatlar son xeberler bugun 2026 azerbaycan