Bakıda skuterlərlə bağlı yeni qadağa qüvvəyə minəcək - RƏSMİ
Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxt Bakıda da müasir tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi, kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər üçün infrastrukturun yaradılması prosesinə başlanılıb.
Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küç., Azərbaycan pr., Mirzəağa Əliyev küç., Bülbül pr. və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 m məsafədə müvafiq nişanlanma işləri aparılmış, yol nişanları quraşdırılıb:
"Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.
Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.
Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.
Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR