Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq' - XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə avqustun 15-də start verilir.
Bununla yanaşı, avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə əvəzedici avtobuslar xəttə buraxılacaq.
Lakin yerüstü nəqliyyata əlavə avtobusların cəlb edilməsi və sərnişinlərin avtomobil yoluna yönəlməsi şəhərin artıq gərgin olan yol infrastrukturu üçün əlavə yük yarada bilər.
Maraqlıdır, əlavə avtobusların xəttə çıxarılması yollarda tıxacın daha da dərinləşməsinə səbəb olacaqmı?
Mövzu ilə bağlı azxeber.com-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar bu kimi addımların atılması zəruridir:
"Xüsusilə də əvəzedici avtobus marşrutlarının təşkili planlı şəkildə həyata keçirilməlidir. Burada əsas məqsəd yol hərəkəti iştirakçılarının təhlükəsizliyini və rahatlığını birinci növbədə təmin etməkdir. Məlumdur ki, həmin avtobuslar metronun sərnişin axınını tam qarşılamaq gücündə deyil, yəni o həcmə adekvat ola bilməz. Bu durum öz növbəsində sıxlığın artmasına, taksi qiymətlərinin fantastik həddə çatmasına və həmin ərazidə piyada axınının artmasına gətirib çıxaracaq. Bütün bunlar bir-biri ilə sıx bağlı olan amillərdir".
Aslan Əsədov qeyd edib ki, şəhər nəqliyyatının iflic olmaması üçün bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir:
"Xüsusilə böyükhəcmli və ləng hərəkət edən nəqliyyat vasitələri əvəzinə, daha çevik və intervalı sıx olan avtobuslardan istifadə olunmalıdır. İnsanların daşınmasını operativ təşkil etmək və onların hərəkət sürətliliyini təmin etmək prioritet olmalıdır. Əks halda, bu amillər nəzərə alınmazsa, yollarda sıxlıq daha da dərinləşəcək, daha ağır tıxaclar yaranacaq və bu da yol hərəkəti iştirakçılarının gündəlik rejimini ciddi şəkildə çətinləşdirəcək".
Fəridə Əsədzadə
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub