Bakıda taksi sürücüsü sərnişini maşında gözlədib intihar etdi
Bakının Xaşaxuna bağları yaşayış massivində intihar hadisəsi baş verib.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Beyləqan rayonu sakini olan 34 yaşlı Cahid Sabir oğlu Məhəmmədli Qala qəsəbəsi yaxınlığındakı massivdə tikilməkdə olan evində özünü asıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Məhəmmədli taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. O, hadisə baş verən gün sifariş götürüb. Onun müştərisi F.Məhərrəmova adlı qadın olub. Yolda olarkən C.Məhəmmədli sərnişininə yaxınlıqdakı evdə işinin olduğunu və bir neçə dəqiqəyə qayıdacağını bildirərək avtomobildən düşüb.
F.Məhərrəmova sürücünün daxil olduğu tikilidən çıxmadığını görərək maşından düşüb və ora yaxınlaşdıqda C.Məhəmmədlinin özünü asdığını görüb. Qadın dərhal polisə məlumat verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi