Bakıda tənha qadının evi ələ keçirilib - İDDİA
Bakıda 67 yaşlı qadın dələduzların qurbanı olduğunu iddia edir.
KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı sakini Rüfayət Meybulla qızı Fituhi 8 il əvvəl yaşadığı evi satıb, amma iddia edir ki, onu aldadaraq pulunu verməyiblər.
Qadın bildirir ki, alqı-satqı müqaviləsinə imza atdıqdan sonra pul vəd edildiyi kimi bank hesabına köçürülməyib. Beləliklə, o, rieltorlar – Adil Nadir oğlu Qasımov, Kəmalə Adil qızı Süleymanova və Azər adlı şəxs tərəfindən aldadıldığını iddia edir.
O vaxtdan kirayədə qalan qadın sonradan kirayə pulunu ödəməyə imkanı olmadığından küçələrdə gecələyib. Ötən gecə küçədə qalan yaşlı qadın polis tərəfindən sığınacağa yerləşdirilib.
Onun sözlərinə görə, evini satmaq üçün üz tutduğu vasitəçilər onu aldadıblar.
Evin alıcısının qonşusu olduğunu, əmlakçının da birini əvvəldən tanıdığını deyən Rüfayət həmin şəxsin pulu ödəmədiyini, onu aldatdığını deyir.
Qeyd edək ki, alqı-satqının üzərindən xeyli müddət keçdiyinə görə, şikayətçi həmin şəxsləri tapa bilmədiyini, evinin isə artıq yaşayış ünvanı olmadığını deyir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ diqqət mərkəzindədir və araşdırmalar aparılır.
Ətraflı süjetdə:

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR