Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLARSon illər Bakıda mənzil almaq xeyli çətinləşib. Xüsusən paytaxtda və şəhərətrafı ərazilərdə çıxarışlı və sərfəli qiymətə ev tapmaq, demək olar ki, mümkünsüzdür. Mənzil bazarında özünü göstərən bu mənfi tendensiya xüsusilə gənc ailələr üçün ciddi çətinliklər yaradır.
Nəticə etibarı ilə insanlar yüksək ipoteka şərtləri ilə bahalı mənzillər almağa məcbur olurlar.
Bəs yeni evlənmiş gəncin ipoteka kreditinə əli çatmırsa, mənzilə necə sahib olmalıdır?
Yenisabah.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində tikilmiş yaşayış binalarında satışa çıxarılan mənzillər qiymət baxımından digərləri ilə müqayisədə xeyli sərfəlidir.
Nazirlik tərəfindən Abşeron rayonunda, o cümlədən, Ramana, Ümid və Kürdəxanı qəsəbələrində satışa çıxarılan mənzillərin qiymətlərini təqdim edirik:
Qaradağ rayonunun Ümid qəsəbəsində yerləşən yaşayış kompleksində ümumi sahəsi 83,5 kvadratmetr olan 3 otaqlı tam təmirli mənzil alıcılara 58,450 manata təklif olunur.
Suraxanı rayonu, Ramana qəsəbəsində satışa çıxarılan 100 kvadratmetr sahəli 4 otaqlı mənzil isə 85,595 manata satışa çıxarılıb.
Abşeron rayonunda təklif olunan 3 otaqlı 69,2 kvadratmetr sahəyə malik tam təmirli mənzilin qiyməti isə 53,976 manatdır.
Qeyd edək ki, bu mənzillər vaxtilə məcburi köçkünlər üçün nəzərdə tutulmuşdu. 44 günlük Vətən müharibəsindən sonra sözügedən binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və satışa çıxarılıb.
Mənzilləri ipoteka krediti ilə də əldə etmək mümkündür. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"Marsol Minifutbol Turniri 2026"-nın püşkatma mərasimi keçirildi - FOTOLAR

13 noyabr tarixində Azərbaycan Minifutbol Federasiyasının (AMF), Marsol Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turnir

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Qızıl 2027-ci ildə də bahalaşacaq? – PROQNOZLAR

2027-ci ildə dünya bazarında qızılın qiymətinin yüksək səviyyədə qalacağı, lakin il ərzində müəyyən eniş və yüksəlişlərin yaşana biləcəyi gözlənilir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qiymətlərin gələcək istiqamət

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zau

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber xeberlər en sonxeber futbol xeberleri