Bakıda uşaqlara işgəncə verən reabilitasiya mərkəzinin işçilərindən ETİRAF
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.
Bu barədə azxeber.com-a komitədən məlumat verilib.
Bildirilib ki, monitorinq komitə sədri Tural Hüseynovla onun müavini Elçin Şirinovun birgə iştirakı ilə keçirilib:
Monitorinq zamanı müxtəlif maddələrlə şübhəli şəxs kimi saxlanılan 9 nəfərin saxlanma şəraiti ilə maraqlanılıb.
Qeyd edilib ki, onların arasında fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzinin direktoru Nuranə Hacızadə, onun köməkçisi Səbinə Əliyarbəyli və mərkəzin psixoloqu Aytac Kazımlı da olub:
"Monitorinq zamanı onların saxlanma şəraitinə baxış keçirilib. Onlarla söhbət zamanı hər biri əməlindən peşman olduğunu qeyd ediblər. A.Kazımlı söhbət əsnasında törətdiyi əməldən peşman olduğunu bildirib. O, həmin vaxt affekt vəziyyətində olduğunu deyib".
Məlumatda həmçinin vurğulanıb ki, onların hər biri vəkillə təmin olunub.
Qeyd edilib ki, saxlanılan şəxslərin hər birinin ümumi vəziyyəti normaldır, saxlanma şəraiti qaydasındadır və heç bir şikayətləri yoxdur.
Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıb.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var