Bakıda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var
Bakıda yaşayış binasında partlayış baş verib, iki nəfər xəsarət alıb.
Bu barədə azxeber.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarından nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var