Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜAT

Bakıda yeni dərs ilindən saatlar BELƏ OLACAQ -TƏFƏRRÜATAzərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb. Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Çevik iş vaxtı rejiminin tətbiqi Bakıda tıxacların azalmasına real təsir göstərə bilərmi?
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, çevik iş rejiminin tətbiqi nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər: "Əsas məsələ bu qərarın praktiki müstəvidə necə icra olunacağıdır, çünki burada bir çox suallar ortaya çıxır.
Dövlət və büdcə sektorunda bu mexanizmi tətbiq etmək daha rahatdır. Bu sahədə 870 minə yaxın insan çalışır və büdcə təşkilatlarında iş vaxtını vahid əmrlə dəyişmək mümkündür. Lakin özəl sektorda vəziyyət fərqlidir. Dövlət özəl sektora birbaşa əmr verə bilməz, yalnız müəyyən təşviq mexanizmləri təklif edə bilər. Məsələn, səhər yeməyi təqdim edən bir kafeyə işə saat 7-də yox, 11-də başlamasını tələb etmək qeyri-realdır. Digər tərəfdən, sahibkar növbəli iş rejimi üçün əlavə işçi götürərsə, bu, onun maliyyə yükünü artıracaq. Nəticədə xidmət qiymətləri qaldırıla bilər ki, bu da biznesə ziyan vurar.
Ən ciddi problemlərdən biri də təhsil müəssisələrinin qrafiki ilə bağlıdır. Hazırda valideynlər uşaqlarını saat 08:00-da məktəbə qoyub, 09:00-da işə gedirlər. Valideynin iş vaxtı 10:00 və ya 11:00-a keçirilərsə, bu uyğunsuzluq necə tənzimlənəcək? Bütün bu suallar hələ ki açıq qalır. Təşəbbüs ideya olaraq uğurludur, lakin onun real həyata keçirilməsi üçün işlək mexanizmlər işlənib hazırlanmalıdır".
İqtisadçı Xalid Kərimli açıqlamasında bildirib ki, bu sistem ənənəvi saat 09:00–18:00 iş qrafikindən fərqlənir və tərəflərin razılığı ilə daha çevik iş saatlarının tətbiqini nəzərdə tutur. Belə modeldə işin bir hissəsi məsafədən də yerinə yetirilə bilər. Əsas məqsəd isə iş saatına nəzarət etmək deyil, əmək məhsuldarlığını və işin nəticələrini artırmaqdır. X.Kərimli qeyd edib ki, beynəlxalq praktikada çevik məşğulluğun müxtəlif formaları tətbiq olunur. Bunlardan biri çevik (flexible) iş rejimidir ki, bu zaman işin başlama və bitmə saatları işçi ilə işəgötürən arasında razılaşdırılır. Onun sözlərinə görə, geniş yayılmış modellərdən biri də hibrid iş rejimidir. Bu modeldə işçi həftənin müəyyən günləri ofisdə, qalan günləri isə məsafədən çalışır. Tam məsafədən iş rejimində isə əməkdaş əsasən ofisdən kənarda işləyir və yalnız zərurət yarandıqda iş yerinə gəlir.
İqtisadçı bildirib ki, sıxılmış iş qrafiki də beynəlxalq təcrübədə istifadə olunan modellərdəndir. Bu halda ənənəvi beş günlük, 40 saatlıq iş norması dörd gün ərzində tamamlanır və işçiyə əlavə istirahət vaxtı verilir. Bundan başqa, yarımştat (part-time) iş rejimi də əmək məhsuldarlığının artırılmasına yönəlmiş çevik məşğulluq formalarından hesab olunur: "Bu sistemlərin Azərbaycanda tətbiqi mümkündür. Lakin bunun üçün ilk növbədə hüquqi baza formalaşdırılmalıdır:
Əmək qanunvericiliyində çevik iş rejiminin hüquqi çərçivəsi yaradılmalıdır. Bu sistem məcburi deyil, könüllülük və qarşılıqlı razılıq prinsipi əsasında tətbiq edilməlidir. Əmək Məcəlləsində biznesi həddindən artıq sərt qaydalarla məhdudlaşdırmaq gələcəkdə problemlər yarada bilər".
O, həmçinin məsafədən işləyən əməkdaşların fəaliyyətinin elektron vasitələrlə qiymətləndirilməsi üçün müasir nəzarət mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb:
"Məsafədən işləyən işçi bilməlidir ki, onun fəaliyyəti müxtəlif elektron vasitələrlə ölçülür və qiymətləndirilir. Məsafədən işləmək o demək deyil ki, işçinin adı işdə getsin, amma faktiki fəaliyyət göstərməsin".
İqtisadçı əlavə edib ki, çevik iş rejimi tətbiq olunarkən işçilərin sosial təminat, sığorta və pensiya hüquqları da etibarlı şəkildə qorunmalıdır. Onun sözlərinə görə, məsafədən işləmə modelində qeyri-rəsmi məşğulluğun aşkarlanması nəzarət orqanları üçün daha çətin ola bilər. "Çevik iş rejiminin uğurlu tətbiqi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, həm işəgötürənlərin, həm də işçilərin hüquqlarının qorunması və qarşılıqlı razılıq prinsipinin əsas götürülməsi vacib şərtlərdir" deyə, o bildirib.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, istər ali və orta məktəblərin, istərsə də bağçaların tətilə çıxması ilə əlaqədar tıxacların ciddi şəkildə azaldığının şahidi oluruq: "Bu, hər zaman belə olur. Deməli, təhsil müəssisələrinin fəaliyyətinin yollardakı sıxlığa maksimum dərəcədə az təsir göstərməsi üçün müəyyən tədbirlər planı həyata keçirmək lazımdır. Bu da ancaq dərslərin başlama və bitmə vaxtlarının müəyyən qədər sürüşdürülməsi ilə bağlı ola bilər. Məsələn, əvvəllər məktəblər saat 09:00-da başlayırdı və eyni vaxtda hər kəs prospektlərə, küçələrə çıxaraq məktəbə və bağçaya doğru hərəkət edirdi. İndi isə tədbirlər planında dərslərin fərqli saatlarda başlaması nəzərdə tutulur. Məsələn, bir müəssisədə saat 08:00-da, digərində 09:00-da, başqasında isə 10:00-da. Düzdür, bu tam effektiv olmasa da, hər halda sıxlığı müəyyən qədər yüngülləşdirəcək".
musavat.com

Sosial       Tarix: 26 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber