Bakıda yeni 'trend' — Hətta varlılar da bu üsuldan istifadə edir

Bakıda yeni 'trend' — Hətta varlılar da bu üsuldan istifadə edirMüasir istehlak bazarında davranış modelləri sürətlə dəyişir. İnsanlar artıq yalnız yeni məhsullara üstünlük verməklə kifayətlənmirlər. Qənaət və səmərəlilik amilləri alış qərarlarında daha çox rol oynayır. Rəqəmsal imkanların genişlənməsi seçim imkanlarını artırır. Bu dəyişikliklər bazarın ümumi strukturuna da təsir göstərir.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, burada həm qənaət strategiyası, həm də iqtisadi məcburiyyət amili mövcuddur:
"Hamı bilir ki, yeni məhsul almaq, onun ilk istifadəçisi olmaq daha üstün və daha premium seçim sayılır. Lakin bu məsələni yalnız məcburiyyətlə izah etmək də düzgün deyil. Əvvəllər ikinci əl məhsullara əsasən gəliri aşağı olan təbəqə müraciət edirdisə, bu gün orta və hətta nisbətən yüksək gəlirli insanlar da rasional seçim etdikləri üçün ikinci əl məhsullara üz tuturlar.
İkinci əl məhsullar deyildikdə adətən yalnız geyim nəzərdə tutulur, lakin bu anlayış daha genişdir. Buraya avtomobillər, mebellər və elektronika məhsulları da daxildir. Xüsusilə avtomobil bazarında ikinci əl satışlar çox geniş yayılıb. Eyni vəziyyət mebel və elektronika üçün də keçərlidir. Bu məhsulları artıq orta gəlirli insanlar da aktiv şəkildə alırlar. Bu səbəbdən məsələni yalnız iqtisadi məcburiyyətlə izah etmək kifayət deyil. İstehlakçı davranışında rasionallıq da mühüm rol oynayır. Sərfəli alternativlərin mövcudluğu və qiymət müqayisəsi qərarverməyə birbaşa təsir göstərir".
O deyib ki, alıcı davranışında da dəyişiklik müşahidə olunur:
"Impulsiv alışlardan planlı alışlara keçid baş verir. Eyni zamanda status amilləri ikinci plana keçir. Digər tərəfdən, ikinci əl məhsul bazarına çıxış da asanlaşıb. Əvvəllər insanlar bu məhsulları fiziki məkanlardan alırdılarsa, indi rəqəmsal platformalar vasitəsilə rahat şəkildə əldə edə bilirlər. Məsələn, müxtəlif onlayn elan saytları bu bazarın genişlənməsinə şərait yaradır.
Bu proses ikinci əl bazarını daha da böyüdür. Burada yalnız iqtisadi məcburiyyət və gəlir azalması deyil, həm də istehlakçı davranışında rasionallığın artması mühüm rol oynayır. Bununla belə, bu tendensiya diqqətlə izlənməlidir. Çünki ikinci əl məhsullara yönəlmə bəzən əhalinin alıcılıq qabiliyyətindəki azalmanın da göstəricisi ola bilər. Alıcılıq qabiliyyəti azaldıqda insanlar daha çox qənaət yönümlü və rasional seçimlərə üstünlük verirlər. Bu model özlüyündə mənfi deyil, lakin iqtisadi vəziyyətlə bağlı siqnal kimi də qiymətləndirilməlidir", - deyə iqtisadçı qeyd edib.
İqtisadçı qeyd edib ki, alıcılar artıq anlıq yox, planlı alış-verişə üstünlük verirlər. Rəqəmsal platformaların və onlayn elan saytlarının çoxalması isə bu bazara çıxışı xeyli asanlaşdırıb. Bununla belə, ikinci əl məhsullara yönəlmə həm də əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlı mühüm bir iqtisadi siqnal kimi dəyərləndirilməlidir.
Yəni, insanlar artıq "mütləq təzə olsun" prinsipindən uzaqlaşaraq, daha çox ciblərinə qənaət etməyə başlayıblar. İkinci əl maşın, telefon və ya mebel almaq artıq utanılacaq bir hal deyil, ağıllı maliyyə addımı hesab olunur. Lakin bu tendensiya həm də bazarda pulun azaldığını göstərən bir işarədir. / azxeber.com

Sosial       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava