Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət — On minlərlə insan risk altındadır

Bakıdakı sənədsiz evlərlə bağlı acı həqiqət — On minlərlə insan risk altındadırDaşınmaz əmlak bazarında son illər borc qarşılığında evin və ya torpağın "formal" satışı kütləvi xarakter almağa başlayıb. İlk baxışda borcun qaytarılmasına zəmanət kimi görünən bu addım əslində həm alanı, həm də satanı böyük hüquqi uçuruma sürükləyir.
azxeber.com xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, belə hallar çoxdur:
"Bunlar əsasən daşınmaz əmlakla bağlı olur. Dövlət reyestrinə daxil olmayan tikililərin  istər yaşayış, istərsə də qeyri-yaşayış sahələrinin alqı-satqısı rəsmiləşdirilə bilmir. Bu səbəbdən tərəflər qeyri-rəsmi razılaşmalar əsasında hərəkət edirlər. Bu zaman isə, adətən, hansısa borc müqaviləsi və ya digər qeyri-rəsmi sənədlər ortaya çıxır. Nəticədə sonradan mübahisələr yaranır. Digər geniş yayılmış hal avtomobillərin etibarnamə ilə verilməsidir ki, bu da çox ciddi problemlərə səbəb olur. Əslində, "etibarnamə ilə avtomobil almaq" ifadəsi yanlış yanaşmadır. Etibarnamə ilə heç nə alınmır, sadəcə müəyyən səlahiyyət verilir. Lakin buna baxmayaraq, insanlar pul ödəyib avtomobili bu şəkildə əldə etdiklərini düşünürlər. Sonradan isə məlum olur ki, avtomobil yüklüdür, yaxud sahib şəxs vəfat edir və vərəsələri müdaxilə edərək avtomobili geri tələb edirlər. Bu kimi hallarda ciddi mübahisələr yaranır".
Sahib Məmmədov vurğulayıb ki, Bakıda on minlərlə sənədsiz və təyinatı üzrə tikilməyən evlərin olması bu problemi daha da dərinləşdirir. Qeyri-rəsmi alqı-satqı zamanı tərəflər ən azı əllərində güclü sübut bazası saxlamalıdırlar.
"Ümumilikdə, bu cür məsələlərin ən düzgün yolu onların hüquqi müstəvidə həll edilməsidir. Reallıq isə ondan ibarətdir ki, xüsusilə Bakı şəhərində on minlərlə sənədsiz, təyinatı düzgün olmayan torpaqlar üzərində tikilmiş evlər və digər əmlaklar mövcuddur. Bu əmlakların alqı-satqısı qeyri-rəsmi şəkildə həyata keçirilir və nəticədə bu cür mübahisələr qaçılmaz olur. Bu alqı-satqının tam dayanacağını gözləmək real deyil. Belə əməliyyatlara gedən şəxslərin əlində sübutlar olsun. Məsələn, bir şəxs evi qeyri-rəsmi şəkildə alır və bunun qarşılığında borc müqaviləsi bağlanırsa, sonradan borc qaytarıldıqda bu öhdəliyin bitdiyini təsdiq edən ayrıca sənəd də tərtib olunmalıdır. Hətta "WhatsApp" yazışmaları kimi əlavə sübutlar da gələcəkdə məhkəmədə faydalı ola bilər. Mülki işlərdə sübut etmə yükü tərəflərin üzərinə düşür. Buna görə də insanlar çalışmalıdır ki, əllərində sübutlar olsun. Əgər rəsmi sənədlər yoxdursa, ən azı qeyri-rəsmi də olsa, sübut bazası formalaşdırılmalıdır".
Qısası, əgər sənədsiz evi borc qarşılığında alırsınızsa və ya avtomobili yalnız etibarnamə ilə idarə edirsinizsə, hər an həmin əmlakı itirə bilərsiniz. Belə risklərdən qorunmaq üçün hər bir ödənişi və razılaşmanı sənədləşdirmək, hətta mesajları belə sübut kimi saxlamaq lazımdır.

Sosial       Tarix: 07 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava