Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMA

Bakıdan Tbilisiyə qatar bileti neçəyə olacaq? - AÇIQLAMAMayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-lə əlaqədar Bakıya rəsmi səfəri çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlərdə imzalanan ikitərəfli sazişlər əsasında rəsmiləşib.
Bəs Bakıdan Tbilisiyə və əks istiqamətə qatar biletləri hansı qiymətə olacaq? Biletlər nə zaman satışa çıxarılacaq?
"Azərbaycan Dəmir Yoları" QSC-dən "Yeni Sabah"a bildirilib ki, hər iki məsələ ilə bağlı dəqiqləşdirilmələr aparılır və bu barədə ictimaiyyətə məlumat veriləcək. 
"Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq. Bu barədə rəsmi səhifəmizdə elan veriləcək", - qurumdan qeyd olunub.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, biletlərin qiyməti 7 il əvvəl qatarların fəaliyyəti dayandırılanda olan qiymətlərdən fərqlənəcək:
"Əlbəttə, ötən 7 il ərzində baş verən inflyasiya, yeni nəqliyyat xərcləri nəzərə alınacaq və qiymətlər müəyyən dərəcədə dəyişəcək. Amma bu qiymətlər aviabiletlərdən ən azı 2-3 dəfə ucuz olmalıdır ki, sərnişinlər üçün sərfəli olsun".
O bildirib ki, əks halda, Gürcüstanla dəmiryolunun açılması insanların marağına səbəb olmaz:
"Ona görə də, düşünürəm ki, qatar biletləri təyyarə biletlərindən ən az 3 dəfə ucuz olacaq. Məsələn, bu gün Bakı-Tbilisi təyyarə reysi üzrə bir gedişin qiyməti 168-170 manat arasında dəyişir. Bu qiyməti 3-ə bölsək, 55-56 manat edir. Belə təxmin etmək olar ki, yuxarı kateqoriyalı biletlər 80-90 manat, daha aşağı kateqriyalılar 60-70, sadə biletlər isə 40-50 manat civarında ola bilər. Ümumilikdə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması çox yaxşı xəbərdir. Bu, turizmin və iqtisadiyyatın inkişafı baxımından olduqca müsbət təşəbbüsdür. Ümid edirəm ki, bunun ardınca quru sərhədlərin tamamilə açılması məsələsi öz həllini tapacaq".
Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər yerin konfiqurasiyasına (vaqon tipinə) görə təxminən belə dəyişirdi:
Plaskart (açıq kupe) bir nəfər üçün 24-26 manat, kupe 35-40 manat, SV (yataqlı) 57-60 manat. / azxeber.com

Sosial       Tarix: 19 may 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026